Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kosaçev: soyuq müharibə dayandırılmayıb

© Sputnik / Murad OrujovKonstantin Kosaçov
Konstantin Kosaçov - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Konstantin Kosaçov
Abunə olmaq
BAKI, 30 mart — Sputnik. Qərbin apardığı soyuq müharibə bitməyib, onun nəticəsi əsasən burada və indi müəyyən edilir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.
"Biz nəhayət dərk etməliyik ki, Rusiyanın kollektiv Qərblə münasibətləri nöqteyi-nəzərindən düşmən mühitdə inkişaf edir. Söhbət indiki Ukrayna süjetindən getmir, sadəcə olaraq Qərbə qaydasız döyüşə başlamaq üçün çoxdan gözlənilən səbəb verdi. Soyuq müharibə bir saniyə belə dayanmadı, müharibəni Qərb Şərqə, Şimal isə Cənuba qarşı aparır", - deyə Kosaçev Telegram kanalında qeyd edib.
Senatorun sözlərinə görə, Rusiya Asiya, Afrika və Latın Amerikası ölkələri kimi nə liberal Qərbə, nə də çiçəklənən Şimala aid deyil. "Ancaq Rusiya qaçqınlardan, Baltikyanı dövlətlərdən və Ukraynadan fərqli olaraq, öz maraqlarını "qaliblərin" mərhəmətinə təslim etməklə istədiyi azadlıqlara və firavanlığa nail ola bilməz və olmayacaqdır. Soyuq Müharibə hələ bitməyib. Onun nəticəsi əsasən burada və indi müəyyən edilir", - deyə Federasiya Şurasının sədr müavini vurğulayıb.
Kosaçev hesab edir ki, buna görə də Rusiya mütləq mövqeyini düzəltməli olacaq: "Əmək bölgüsü vacib və zəruridir". O əlavə edib ki, Rusiyanın özünütəcridi heç bir halda baş verməməlidir.
"Lakin Qərbin və Şərqin qeyri-dost ərazilərində öz aktivlərini gələcəkdə yalnız yüksək ehtiyatlılıqla və hər dəfə özlərinə sərf edəndə hüquq və qaydalara hörmət qoymayan sərt rəqiblərlə iş gördüyümüzü anlayaraq yerləşdirmək olar", - parlamentari yekunlaşdırıb.
Посол России в Азербайджане Михаил Бочарников - Sputnik Azərbaycan, 1920, 30.03.2022
RUSİYA
Səfir: Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır
Xəbər lenti
0