Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO

© AR Ministry of DefenceHHQ-nin qırıcısı
HHQ-nin qırıcısı - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib
BAKI, 30 mart — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.
Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.
Xatırladaq ki, bundan öncə 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.
Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.
Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0