Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ƏDV geri al tibb xidmətlərində keçərlidirmi?

© Sputnik / Murad OrujovEdvgerial saytının istifadəçisi
Edvgerial saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
2021-ci ildə 138,5 milyon manat əlavə dəyər vergisi istehlakçılara geri qaytarılıb.
BAKI, 30 mart — Sputnik. Vətəndaşlar ödənişli tibbi xidmətlərə müraciət etdikləri zaman klinikaya ödədikləri ƏDV-nin müəyyən hissəsi geri qaytarılırmı?
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.
Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.
Dövlət Vergi Xidməti ötən il 139 milyon manat ƏDV-ni geri qaytarıb
2021-ci ildə Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb. 2020-ci ildə bu rəqəm 33,4 milyon manat təşkil edib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0