https://sputnik.az/20220330/coreye-ilk-toxunan-siz-deyilsiz---problem-var-440559022.html
Çörəyə ilk toxunan siz deyilsiz - Problem var
Çörəyə ilk toxunan siz deyilsiz - Problem var
Sputnik Azərbaycan
Mütəxəssis bildirir ki, bəzən çörəyin ən yumşağını almaq üçün istehlakçı əlini bir neçə çörəyə vurmalı olur. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T09:29+0400
2022-03-30T09:29+0400
2022-03-30T09:29+0400
çörək
cəmiyyət
əhali
müəssisə
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914023_0:103:2000:1228_1920x0_80_0_0_e5fa69bc2b0670afb792a5c06fe2f7f2.jpg
BAKI, 30 mart — Sputnik. Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı yayımlanan məlumatları araşdırmaq məqsədi ilə monitorinqlər həyata keçirdi.Bununla bağlı bir neçə çörək zavodu ilə də əlaqə saxlayıb, ümumi vəziyəti öyrəndik və qiymətlərin artmadığını öyrəndik. Lakin qiymətlə yanaşı hər zaman aktual olan bir problem də var. Qida menyumuzun əsas tərkib hissəsi olan çörəyin daşınması prosesi necə həyata keçirilir, buna nəzarət varmı?Qida üzrə ekspert Fərid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, çörək alarkən diqqətli olmaq lazımdır, onun paketlənərək satılmasına diqqət etmək lazımdır:O deyir ki, çörəyin daşınmasında xüsusi avtomobillər olmalı, hər ay sanitar həkim tərəfindən yoxlamalar aparılmalı, çörək daşınan qutular təmiz olmalıdır:"Bundan başqa, mütəmadi olaraq un və un məhsullarının istehsalı prosesində dövlət nəzarət tədbirləri həyata keçirilməlidir. Əgər alıcılar çörəyin keyfiyyətindən şübhələnərsə o zaman satıcıdan məhsulun uyğunluq sertifikatını tələb etməlidirlər və ya hər hansı halla bağlı qaynar xəttə müraciət edə bilərlər. Unutmaq olmaz ki, sağlam həyat üçün keyfiyyətli qida əsas bir şərtlərdən biridir".Çörəyin keyfiyyətindən də söz açan mütəxəssis bildirir ki, bu, çörəkbişirmədə istifadə olunan taxıl və buğdanın növündən asılıdır:"Keyfiyyətli taxıl və bugda istehsalı, hətta bu məxsulların idxalı dövlət tərəfindən təyin olunmuş beynəlxalq keyfiyyət standartlarına uyğun həyata keçirilir".Bundan başqa, o qeyd edir ki, çörək alarkən digər nüansları da diqqətdən qaçırtmaq olmaz:Qida üzrə baş mütəxəssis Ağa Salamov isə deyir ki, Azərbaycanda çörəyin daşınmasında böyük problemlər var:A.Salamov bildirir ki, bəzən hətta avtomobilin ayaqaltı hissəsinə də çörək düzülür:"Problemlər, suallar bununla bitmir. Digər sual: çörək rəflərə düzgün yığılırmı? Supermarketlərdə çörək saxlanan yerlərdə şəffaf örtük yoxdur. Kimsə hər hansı bir virus daşıyıcısıdırsa, o asqırdıqda hava-damcı yolu ilə virus qidaların üzərinə çökür".O bildirir ki, çörəyin paketlənməsi ilə bağlı da problem var:"Çörəyin paketlənməsinə nəzər yetirin. Çörək yarıdan yuxarıyadək qablaşdırılır".Gigiyenik qaydalara riayət edilməsinin vaciblyini vurğulayan ekspert deyir ki, işçilər formada olmalı, əlləri əlcəkli, ağız və burun nahiyələri maskalı olmalıdır.Ekspert istehlakçı laqeydliyindən də şikayətlidir. Qida zəncirinini son halqası olan istehlakçı özü də kobud səhvə yol verir:"Bəzən çörəyin ən yumşağını almaq üçün istehlakçı əlini bir neçə çörəyə vurmalı olur. Çörəyə toxunmazdan öncə bu adamın əli bilinmir üzünə dəyib, burnuna dəyib?! Belə şəxslər arasında vərəm xəstələri də ola bilər. Çörək eyni zavodda eyni dərəcədə bişir, eyni üsulla bişir. Ona görə, digər çörəklərə toxunmamaq lazımdır".Ekspert deyir ki, çörəyin daşınmasına birbaşa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir:Ekspert deyir ki, qida zəncirində rolu olan işçinin həkim nəzarətindən keçməməsi halı qeydə alınarsa, bu zaman təbii ki, o cərimə oluna bilər."Yaxud sanitar və gigiyenik normalara əməl edilməməsinə, yalın əllə çörəyə əl vurulmasına görə də cərimələr olmalıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220328/qida-tehlukesizliyi-agentliyi-gizli-sekilde-gmo-nun-lobbiciliyini-aparir---eyyub-huseynov--440285714.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914023_114:0:1887:1330_1920x0_80_0_0_b2af74a8365bac91bae44c41e365e302.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörək, əhali, müəssisə
Çörəyə ilk toxunan siz deyilsiz - Problem var
Mütəxəssis bildirir ki, bəzən çörəyin ən yumşağını almaq üçün istehlakçı əlini bir neçə çörəyə vurmalı olur.
BAKI, 30 mart — Sputnik. Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı yayımlanan məlumatları araşdırmaq məqsədi ilə monitorinqlər həyata keçirdi.
Bununla bağlı bir neçə çörək zavodu ilə də əlaqə saxlayıb, ümumi vəziyəti öyrəndik və qiymətlərin artmadığını öyrəndik. Lakin qiymətlə yanaşı hər zaman aktual olan bir problem də var. Qida menyumuzun əsas tərkib hissəsi olan çörəyin daşınması prosesi necə həyata keçirilir, buna nəzarət varmı?
Qida üzrə ekspert Fərid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, çörək alarkən diqqətli olmaq lazımdır, onun paketlənərək satılmasına diqqət etmək lazımdır:
"İstehsalçılar bilməlidirlər ki, çörəyi hər yerdən almaq olmaz. Əldən, küçədən, toz-torpaq altında satılan yerlərdən çörək almaq olmaz".
O deyir ki, çörəyin daşınmasında xüsusi avtomobillər olmalı, hər ay sanitar həkim tərəfindən yoxlamalar aparılmalı, çörək daşınan qutular təmiz olmalıdır:
"Bundan başqa, mütəmadi olaraq un və un məhsullarının istehsalı prosesində dövlət nəzarət tədbirləri həyata keçirilməlidir. Əgər alıcılar çörəyin keyfiyyətindən şübhələnərsə o zaman satıcıdan məhsulun uyğunluq sertifikatını tələb etməlidirlər və ya hər hansı halla bağlı qaynar xəttə müraciət edə bilərlər. Unutmaq olmaz ki, sağlam həyat üçün keyfiyyətli qida əsas bir şərtlərdən biridir".
Çörəyin keyfiyyətindən də söz açan mütəxəssis bildirir ki, bu, çörəkbişirmədə istifadə olunan taxıl və buğdanın növündən asılıdır:
"Keyfiyyətli taxıl və bugda istehsalı, hətta bu məxsulların idxalı dövlət tərəfindən təyin olunmuş beynəlxalq keyfiyyət standartlarına uyğun həyata keçirilir".
Bundan başqa, o qeyd edir ki, çörək alarkən digər nüansları da diqqətdən qaçırtmaq olmaz:
"Aldığınız çörəyin üzərində onun adı, növü, istehsal tarixi, istehsalçının adı və yeri, istehsalçının əmtəə nişanı, çörəyin xalis çəkisi, qida dəyəri, şaxlanma şəraiti, yararlılıq müddəti, "GMO yoxdur" yazısı olmalıdır".
Qida üzrə baş mütəxəssis Ağa Salamov isə deyir ki, Azərbaycanda çörəyin daşınmasında böyük problemlər var:
"Çörək zavodlarının müdirlərinin birbaşa olaraq işlərinə məsuliyyətsiz yanaşması nəticəsində qida zəncirində problemlər ortaya çıxır. İşçilər formasız olmaqla sanitar-gigiyenik qaydalara riayət etmədən, çörəyin daşınmasını həyata keçirirlər. Çörək daşıyan şəxslərin əlində siqaret də görmək mümkündür. Daşınma üçün xüsusi nəqliyyat yetərli sayda olmadığı üçün kiçik həcmli avtomobillərdə qeyri-sanitar şəraitdə çörəklər daşınır".
A.Salamov bildirir ki, bəzən hətta avtomobilin ayaqaltı hissəsinə də çörək düzülür:
"Problemlər, suallar bununla bitmir. Digər sual: çörək rəflərə düzgün yığılırmı? Supermarketlərdə çörək saxlanan yerlərdə şəffaf örtük yoxdur. Kimsə hər hansı bir virus daşıyıcısıdırsa, o asqırdıqda hava-damcı yolu ilə virus qidaların üzərinə çökür".
O bildirir ki, çörəyin paketlənməsi ilə bağlı da problem var:
"Çörəyin paketlənməsinə nəzər yetirin. Çörək yarıdan yuxarıyadək qablaşdırılır".
Gigiyenik qaydalara riayət edilməsinin vaciblyini vurğulayan ekspert deyir ki, işçilər formada olmalı, əlləri əlcəkli, ağız və burun nahiyələri maskalı olmalıdır.
Ekspert istehlakçı laqeydliyindən də şikayətlidir. Qida zəncirinini son halqası olan istehlakçı özü də kobud səhvə yol verir:
"Bəzən çörəyin ən yumşağını almaq üçün istehlakçı əlini bir neçə çörəyə vurmalı olur. Çörəyə toxunmazdan öncə bu adamın əli bilinmir üzünə dəyib, burnuna dəyib?! Belə şəxslər arasında vərəm xəstələri də ola bilər. Çörək eyni zavodda eyni dərəcədə bişir, eyni üsulla bişir. Ona görə, digər çörəklərə toxunmamaq lazımdır".
"Çörəyə toxunan şəxs özü xəstədirmi, virus daşıyıcısıdırmı, bu da bəlli deyil. Yəni, problemlər, suallar çoxdur", - deyə o əlavə edib.
Ekspert deyir ki, çörəyin daşınmasına birbaşa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir:
"Əksər hallarda onlar buna nəzarət etmirlər. Təəssüflər olsun ki, onların yanında yaradılan İctimai Şura heç bir iş görmür, fəaliyyətləri yoxdur. İctimai Şuranın olub-olmamasının dövlətə heç bir faydası yoxdur. İctimai Şura ya ləğv olunmalıdır, ya da ki, ora savadlı mütəxəssislər cəlb olunmalı və həmin kadrlar da vicdanla işləməlidir. Lakin ümumi mənzərəyə nəzər salaq: Hərəsinin öz biznesi var, bu biznesə başları qarışıb. Onlaırn nəyinə lazımdır ki, İctimai Şura hansı zavoddan çörəyin necə daşınması ilə maraqlansın".
Ekspert deyir ki, qida zəncirində rolu olan işçinin həkim nəzarətindən keçməməsi halı qeydə alınarsa, bu zaman təbii ki, o cərimə oluna bilər.
"Yaxud sanitar və gigiyenik normalara əməl edilməməsinə, yalın əllə çörəyə əl vurulmasına görə də cərimələr olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.