https://sputnik.az/20220330/bir-sira-seherlerin-bas-plani-tesdiqlenib-440600763.html
Bir sıra şəhərlərin Baş planı təsdiqlənib
Bir sıra şəhərlərin Baş planı təsdiqlənib
Sputnik Azərbaycan
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Tam siyahı Sputnik Azərbaycan-ın materialında 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T12:22+0400
2022-03-30T12:22+0400
2022-03-30T12:22+0400
azərbaycan
cəmiyyət
baş plan
saatlı
sabirabad
şabran
kürdəmir
şəhər
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813566_0:103:2000:1228_1920x0_80_0_0_e99325e6a813d1ec04d19722e07d03bc.jpg
BAKI, 30 mart — Sputnik. Azərbaycanın bir neçə şəhərinin Baş planı təsdiq olunub.Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib.Baş plan nədir?Baş plan - şəhərin uzun müddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Baş planda şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, bu ərazilərə də məskunlaşma prosesinin tələbləri şamil edilir.Baş planın işlənilməsi mərhələsinə şəhər sərhədlərinin dəyişdirilməsi, bu sərhədlər daxilinə yeni yaşayış məntəqlərinin salınması prosesi aiddir.Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır.Eyni zamanda avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur. Bütün bu həllər yerli özünüidarəetmə strukturları ilə razılaşdırılır. Baş plan mövcud vəziyyətə görə xəritə və ya sxem üzərində ərazi planlaşdırılması prosesini həyata keçirir. Baş planın məzmun və mahiyyətində ərazi planlaşdırılması haqqında mövcud qanunverici aktlar nəzərə alınır.Baş planda nəzərdə tutulan perspektiv inkişaf planının icra olunması fəaliyyət növlərinə görə zamanla mərhələlərlə həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211025/qubadli-seherinin-bas-plani-hazirlanacaq---serencam-434566708.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813566_114:0:1887:1330_1920x0_80_0_0_0bbbde1eb8cb44f8ba8d557896bf7a44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, baş plan, saatlı, sabirabad, şabran, kürdəmir, şəhər
azərbaycan, baş plan, saatlı, sabirabad, şabran, kürdəmir, şəhər
Bir sıra şəhərlərin Baş planı təsdiqlənib
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Tam siyahı Sputnik Azərbaycan-ın materialında
BAKI, 30 mart — Sputnik. Azərbaycanın bir neçə şəhərinin Baş planı təsdiq olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib.
Baş plan - şəhərin uzun müddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Baş planda şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, bu ərazilərə də məskunlaşma prosesinin tələbləri şamil edilir.
Baş planın işlənilməsi mərhələsinə şəhər sərhədlərinin dəyişdirilməsi, bu sərhədlər daxilinə yeni yaşayış məntəqlərinin salınması prosesi aiddir.
Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır.
Eyni zamanda avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur. Bütün bu həllər yerli özünüidarəetmə strukturları ilə razılaşdırılır. Baş plan mövcud vəziyyətə görə xəritə və ya sxem üzərində ərazi planlaşdırılması prosesini həyata keçirir. Baş planın məzmun və mahiyyətində ərazi planlaşdırılması haqqında mövcud qanunverici aktlar nəzərə alınır.
Baş planda nəzərdə tutulan perspektiv inkişaf planının icra olunması fəaliyyət növlərinə görə zamanla mərhələlərlə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.