CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tuqay meşələri bərpa olunacaq

© pixabay / pixel2013Meşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Şöbə müdirinin sözlərinə görə, ötən il ölkə ərazisində olan meşələrdə 41 yanğın hadisəsi olub.
BAKI, 29 mart — Sputnik. "Kür çayı boyunca uzanan Tuqay meşələri ümumilikdə çay kənarı meşə tipi hesab edilir. Tuqay meşələri Kür, Araz, Alazan, Qabırrı, Ağrıçay vadilərində mövcuddur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, Tuqay meşələrinin bərpası ilə bağlı ciddi işlər görülür:
"Kür çayı kənarında Tuqay meşələri xüsusi əhəmiyyət kəsb edir. Biz aerokosmik görüntülərlə bağlı araşdırmalar aparırıq. Ümid edirəm ki, gələcəkdə Tuqay meşələrinin bərpası üçün daha müxüm işlər görəcəyik", – deyə o qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, ötən il ölkə ərazisində olan meşələrdə 41 yanğın hadisəsi olub:
"Yanğın təxminən 383 ha ərazini əhatə edib və daha da genişlənməsinin qarşısı vaxtında alınıb. Əvvəlki illərlə müqayisədə meşə yanğınlarının sayında azalma qeydə alınıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması  - Sputnik Azərbaycan, 1920, 14.03.2022
CƏMİYYƏT
Ekoloji təmiz və səmərəli yanacaq - Şimal-Qərb rayonlarında məktəblər necə qızdırılır
Xəbər lenti
0