https://sputnik.az/20220329/rusiya-xn-den-delyaginin-fikirlerine-reaksiya---bu-mesuliyyetsizlikdir-440583072.html
Rusiya XİN-dən Delyaginin fikirlərinə reaksiya - Bu, məsuliyyətsizlikdir
Rusiya XİN-dən Delyaginin fikirlərinə reaksiya - Bu, məsuliyyətsizlikdir
Sputnik Azərbaycan
Zaxarova bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı... 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T18:32+0400
2022-03-29T18:32+0400
2022-03-29T18:32+0400
rusiya
dövlət duması
deputat
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 29 mart — Sputnik. "Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.O bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı məsuliyyətsizlikdir:"Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək".Qeyd edək ki, M.Delyagin martın 27-də Rusiyanın "Rossiya1" və "Pervıy" federal kanallarında çıxış edib. O, rəsmi Bakının Ukraynaya dəstəyi, habelə Azərbaycanın Qarabağda Fərrux kəndini nəzarətə almasına toxunub və Azərbaycanı "peyk dövlət" adlandıraraq neft infrastrukturlarına nüvə zərbəsi endirilməsini təklif edib.Sonradan Azərbaycanı bombalamağa çağıran Dövlət Dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib."Danışır Moskva" radiosuna müsahibəsində deputat öz hərəkətindən təəssüfləndiyini bildirib. Eyni zamanda Delyaqin ehtimal edir ki, onu düzgün başa düşməyiblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220329/azerbaycandaki-rus-icmasi-qarabagdaki-veziyyetle-bagli-beyanat-yaydi-440581505.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dövlət duması, deputat, mariya zaxarova
dövlət duması, deputat, mariya zaxarova
Rusiya XİN-dən Delyaginin fikirlərinə reaksiya - Bu, məsuliyyətsizlikdir
Zaxarova bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı məsuliyyətsizlikdir.
BAKI, 29 mart — Sputnik. "Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı məsuliyyətsizlikdir:
"Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək".
Qeyd edək ki, M.Delyagin martın 27-də Rusiyanın "Rossiya1" və "Pervıy" federal kanallarında çıxış edib. O, rəsmi Bakının Ukraynaya dəstəyi, habelə Azərbaycanın Qarabağda Fərrux kəndini nəzarətə almasına toxunub və Azərbaycanı "peyk dövlət" adlandıraraq neft infrastrukturlarına nüvə zərbəsi endirilməsini təklif edib.
Sonradan Azərbaycanı bombalamağa çağıran Dövlət Dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib.
"Danışır Moskva" radiosuna müsahibəsində deputat öz hərəkətindən təəssüfləndiyini bildirib. Eyni zamanda Delyaqin ehtimal edir ki, onu düzgün başa düşməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.