Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bitkoinlə sanksiyalara zərbə. Qərblə kriptovalyuta ilə ticarət etmək mümkündürmü?

© AFP 2024 / INA FASSBENDERBitkoinin təsviri, arxiv şəkli
Bitkoinin təsviri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
İran və Şimali Koreya Qərb sanksiyalarının təsirlərini yüngülləşdirmək üçün rəqəmsal valyutalardan istifadə ediblər - bunu ABŞ və BMT rəsmiləri təsdiqləyir.
BAKI, 29 mart — Sputnik, Dmitri Yermakov, Darya Zelenskaya. Kriptovalyuta əməliyyatları dollar sisteminə bağlı deyil və banklar blokçeyn texnologiyasını izləyə bilmirlər. Qırx ildir ki, sanksiyalar altında yaşayan İran, bitkoinin leqallaşdırılması sayəsində idxal mallarını uğurla alır. Kriptovalyutanın hasilatında ikinci yeri Qazaxıstan tutur. Ancaq Rusiyada bu sahə hələ ki, tənzimlənməyib, rəqəmsal rubl isə hələ sınaq mərhələsindədir. Pulun bu formasının perspektivləri RİA Novosti tərəfindən araşdırılıb.
Dollarla təmasda olmadan
Qərb analitikləri hesab edirlər ki, yoxlamalardan və bloklamalardan uzaqlaşmaq üçün Rusiya təşkilatları rəqəmsal aktivlərdən istifadə edə bilərlər. Eyni zamanda, tədqiqatların müəllifləri, məsələn, The New York Times da rəqəmsal rublu kriptovalyuta adlandırırlar.
"Rusiyanın bu ssenarini nəzərdə tutmadığını düşünmək sadəlövhlük olardı", — deyə Vaşinqtonun Ferrari & Associates şirkətinin vəkili Maykl Parker bildirib.
Məhdudiyyətlərin səmərəli olması üçün dövlət tərəfindən nəzarət edilən maliyyə sistemi lazımdır. Burada ən mühüm rolu kredit təşkilatları oynayır: onlar vəsaitlərin haradan gəldiyini və hara getdiyini görürlər. Çirkli pulların yuyulması ilə mübarizə haqqında qanunlar banklardan sanksiya tətbiq edilmiş qurumlarla əməliyyatları bloklamağı və əməliyyat cəhdləri barədə səlahiyyətli orqanlara məlumat verməyi tələb edir.
Amma kripto-valyutalar maliyyə strukturlarından yan keçsələr də, onlara paralel olaraq işləyirlər. Əslində Rusiyaya indi lazım olan, dollar sistemi ilə təmasa girmədən ticarət yollarını tapmaqdır. Kripto ticarət belə bir fürsəti yaradır. Əməliyyatlar blok-zəncirdə qeyd olunaraq, şəffaf görünsə də, rəqəmsal texnologiyalar zəncirin bir hissəsini gizlədə bilər. Bu, Qərb hüquqi şəxslərinin Rusiya ilə gizli ticarət aparmasına şərait yaradacaq.
İran və Şimali Koreya Qərb sanksiyalarının təsirlərini yüngülləşdirmək üçün rəqəmsal valyutalardan istifadə ediblər - bunu ABŞ və BMT rəsmiləri təsdiqləyir. Üstəlik, The New York Times, BMT-nin hesabatına istinadən iddia edir: Pxenyan, nüvə proqramını maliyyələşdirməkdən ötrü kriptovalyuta oğurlamaq üçün haker proqramlarından istifadə edib.
Bütün bunlar ABŞ-ın özündə kripto ticarətinin qanuniləşdirilməsi sayəsində mümkün olmuşdur. Orada 2015-ci ildən başlayaraq Bitcoin Biznes üçün lisenziya verməyə başladılar. O vaxtdan bəri dünyada rəqəmsal valyutaların sayı kəskin şəkildə artdı. Crypto.com şirkətinin məlumatına görə, ötən ilin ortalarında planetdə 220 milyon insan kriptovalyuta almış və ya satmışdır.
Bitkoinlərdə maaş
2021-ci ildə kripto-maliyyə və blokçeyn təhlili üzrə ixtisaslaşan Elliptic konsaltinq firması belə bir məlumat verdi: İran neft satışı ilə bağlı sanksiyalar məhdudiyyətlərini kompensasiya etmək üçün bitcoin hasilatı gəlirlərindən istifadə edir.
İran kriptomaynerlərinə dövlət lisenziyası və elektrik enerjisinə endirim verilir. Amma onlar bütün kriptovalyutanı dövlətə təhvil verməlidirlər. Eyni zamanda rəsmi əmək haqqı bitkoinlərlə ödənilir. Lisenziyasız işə görə cərimə ödənilir. Məsələn, hətta məscidlərdə belə qeyri-qanuni təsərrüfatlar açılmasına cəhdlər göstərilib.
Bununla belə, elektrik şəbəkəsindəki ağır yükə görə İranda hasilata vaxtaşırı qadağa qoyulur, bu səbəbdən də kriptovalyutadan gələn gəlir qeyri-sabitdir. Elliptic-in hesablamalarına görə, 2020-ci ilin əvvəlində dünyada bitkoin hasilatının təxminən 4,5% İranda hasil edilirdi ki, bu da o zaman bir milyard dollara yaxın məbləğ idi.
Dövlət səviyyəsində rəqəmsal rial da hazırlanır. 2019-cu ildə isə o zamankı prezident Həsən Ruhani müsəlman ölkələrinə "dolların hökmranlığından xilas olmaq" üçün vahid elektron valyuta yaratmağı təklif etmişdi. Amma işlər hələ də sözdən o yana keçməyib.
"Exchange Iran" kriptovalyuta birjasının baş direktoru Ehsan Qazizadə "Cointelegraph" profil nəşri ilə söhbətində rəqəmsal rialın sınaqdan keçirilməsinin bir il ərzində tamamlana biləcəyini etiraf edib. Heç də bütün İran bankları kriptovalyutanı beynəlxalq ticarət üçün uyğun bir vasitə hesab etmirlər. Lakin Qazizadənin sözlərinə görə, bu, mərkəzləşdirilmiş şəkildə buraxılan rəqəmsal rial ola bilər.
Bu pul forması maliyyə əməliyyatları imkanlarını genişləndirdiyi üçün bir çox ölkələrin mərkəzi bankları bu sahəni inkişaf etdirməkdə maraqlıdırlar. Atlantik Şurasının rəqəmsal valyuta izləyicisininin bildirdiyinə görə, ABŞ da daxil olmaqla qlobal iqtisadiyyatın 90%-dən çoxunu təşkil edən, təxminən, 90 ölkə tədqiqat aparır.
Əsasən Latın Amerikasından olan doqquz ölkə artıq özlərinin rəqəmsal valyutalarını istifadəyə veriblər. Doğrudur, heç də hər şey yaxşı həyatdan qaynaqlanmayıb. Məsələn, Salvadorda üç milyon insan bitkoindən istifadə edir, lakin əhalinin əksəriyyətinin bank hesabı yoxdur. Çində rəqəmsal yuanın sınağı başa çatıb, onun dövriyyəyə buraxılışı hər gün baş verə bilər.
Qazaxıstan hakimiyyəti "qızıl toyuğu kəsdi"
Rusiya keçən il kriptovalyuta istehsalına görə dünyada ikinci yeri tutan bir ölkə ilə - Qazaxıstanla həmsərhəddir. Bu mövqelər iki səbəbdən əldə edilmişdir: Çin mədənçilərinin bazara gəlməsi və elektrik enerjisinin aşağı qiymətləri. Məsələn, Nur-Sultanda bir saatda bir kilovatt enerjinin qiyməti cəmi 0,92 rubldur. Müqayisə üçün: Moskvada ən ucuz gecə tarifi 2,69 rubl təşkil edir.
Blokçeyn və Məlumat Mərkəzi Sənayesi Milli Assosiasiyasının məlumatlarına görə, qanuni bazar oyunçuları hər il Qazaxıstan iqtisadiyyatına 227 milyon dollar gəlir gətirir. Ölkə boz mədənçilərdən də eyni məbləği qazanır. Assosiasiyanın vitse-prezidenti Sergey Putra deyir: "Rəsmi istehlak 800 meqavat elektrik enerjisi təşkil edirsə, boz mədənçilik 1,3 giqavattdır".
Qazaxıstanın bütün elektrik sistemi az qala son nəfəsində işləyir. Şəbəkələrin 60%-dən çoxu tamamilə köhnəlib, stansiyaların orta yaşı otuz ildən çoxdur. Onların üzərinə düşən əlavə yük dolayısı ilə yanvar qəzasına səbəb oldu - təkcə Qazaxıstan deyil, Qırğızıstan və Özbəkistan da bir neçə saat işıqsız qaldı. Bundan sonra bəzi kripto təsərrüfat sahibləri bizneslərini başqa ölkəyə köçürmək qərarına gəldilər.
Lakin mədənçilər üçün data mərkəzlərini Qazaxıstanda saxlamaq onsuz da sərfəli deyil. 2022-ci ildə hökumət bitcoin hasilatı üçün vergini on dəfə artıraraq hər kilovatt üçün 1,77 rubla çatdırdı. "Əks halda, belə çıxır ki, biz dünyada ikinciyik və biz praktiki olaraq maliyyə gəlirləri görmürük", - deyə ölkə lideri Kasım-Jomart Tokayev bildirib.
Putra eyni zamanda, özbaşına vergilərin sənayenin durğunluğuna gətirib çıxaracağına əmindir: "Belə şəraitdə inkişaf etmək risklidir. Biz öz mövqeyimizi hökumətə çatdırmağa çalışırıq, amma bizi eşitmirlər. Arqument birdir: büdcəyə daha çox pul lazımdır. Əslində bu, qızıl yumurta yumurtlayan toyuğu kəsməyə bənzəyir". O, hesab edir ki, hakimiyyət məlumat mərkəzlərinin sahibləri ilə dialoqa getməli, birtərəfli qərarlar qəbul etməməlidir.
Fevral ayında Qazaxıstan hakimiyyəti kölgə mədənçilərinə müharibə elan etdi. Ölkə üzrə enerji istehlak gücünün 202 meqavatdan çox olduğu ünvanlarda kütləvi yoxlamalara başlanıldı. 50-dən çox təsərrüfat könüllü olaraq fəaliyyətini dayandırdı və avadanlıqlarını digər ölkələrə köçürdü.. Ovda sadə vətəndaşlar da iştirak edə bilər.
Blokçeyn və Məlumat Mərkəzi Sənayesi Milli Assosiasiyası təsərrüfatların yerləşdiyi yer haqqında məlumat üçün 4000-30000 rubl mükafat təklif edir.
"Qayda-qanun lazımdır. Hər şey vahid qaydalara uyğun işləsə, sənaye proqnozlaşdırıla bilən hala gələcək. Və təbii ki, əhali və dövlət qurumları tərəfindən görqlən müəyyən mənfiliklər aradan qalxacaq" – deyə Putra izah edir.
Qazaxıstan elektrik enerjisinin ucuzluğu baxımından ABŞ, Kanada və Skandinaviya ölkələrinin bəzi regionlarından geridə qalır. Lakin hakimiyyətin mədənçilərə nəzarəti gücləndirmək siyasəti dəyişməzsə, onlar biznes üçün başqa dövlətləri yaxşı hesab edə bilərlər.
Mərkəzi Bank qarşıdır
Rusiyada kriptovalyutaların hüquqi statusu tam olaraq müəyyən edilməyib. Keçən il "Rusiyada rəqəmsal maliyyə aktivləri və rəqəmsal valyuta haqqında" 259-F3 Federal Qanunu qüvvəyə minib. Beləliklə, kriptovalyuta qanunsuz hesab edilmir. Lakin sənəddə bir çox nüanslar açıqlanmayıb. Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov 2021-ci ildə rusların bu cür aktivlərə təxminən beş trilyon rubl sərmayə qoyduğunu bildirib. Üstəlik, onun fikrincə, bir çox istifadəçilər maliyyə bilikləri yoxdur.
2022-ci ilin əvvəlində Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya infrastrukturunda kriptovalyuta ticarətinin istifadəsinə qarşı çıxdı və rəqəmsal aktivlərin hasilatını cinayət hesab edilməsini tövsiyə etdi. Maliyyə Nazirliyi əks təkliflə reaksiya verdi: kriptovalyuta ilə əməliyyatları tamamilə qanuniləşdirmək və sənaye qanunvericiliyinə dəyişikliklərdə ticarət sxemlərini qeyd etmək.
Lakin, Rusiyada hansı hər bir qərar qəbul edilməsindən asılı olmayaraq, aləti kimi kriptovalyuta bir maliyyə vəsaiti kimi - əsasən risk zonasındadır. Bir istifadəçi üçün, məsələn, sadəcə olaraq, onu itirə bilər və ya cüzdana giriş kodunu geri qaytarılmadan unuda bilər.
"Ümumi çatışmamazlığı nəzərə almaq lazımdır: kurs yalnız istifadəçilərin etibarından asılı olduğu üçün çox kəskin dəyişir. Fiat pulunun kursları isə onları qeydə alan mərkəzi banklar tərəfindən müəyyən edilir. Deməli, məzənnə fərqlərində böyük maliyyə itkiləri riski var", - deyə iqtisadçı Leonid Xazanov vurğulayır.
O, həmçinin mövcud ödəniş terminallarının kripto valyuta ilə işləmədiyini xatırladır. Texniki uğursuzluqlar buradan qaynaqlanır. Ödənişlərin getməsi uzun müddət çəkə bilər, sanksiya şəraitində isə günlər deyil, saatlar az qala qızıl qiymətinədir. Kripto valyutanı canlı pula dəyişdirmək də asan deyil: paytaxtda mübadilə məntəqələri çox azdır. Bölgələrdə isə daha da azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0