Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı dramaturqun monopyesi ilk dəfə Türkiyədə səhnələşdirilir

© Sputnik / Shahperi AbbasovaÜlviyyə Heydərova
Ülviyyə Heydərova - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Qeyd edək ki, əsəri türk dilinə yazıçı Humay Yılmaz tərcümə edib. 27 mart Beynəlxalq Teatr Günü münasibətilə Malatyada "Uşaqlıq" əsərinin ictimai baxışı olub
BAKI, 29 mart — Sputnik. Yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq" monopyesi ilk dəfə Türkiyədə səhnələşdirilir. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən drammaturqun sözlərinə görə, tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlunun tələbəsi olmuş Türkiyə vətəndaşı, rejissor Rasim Aşındır. Rasim Aşın əsərə Türkiyənin Malatya şəhərində səhnə həyatı verir. Baş rolun ifaçısı Malatya Bələdiyyə Teatrının aktrisası Hatice Görgeçdir.
Qeyd edək ki, əsəri türk dilinə yazıçı Humay Yılmaz tərcümə edib. 27 mart Beynəlxalq Teatr Günü münasibəti ilə Malatyada "Uşaqlıq" əsərinin ictimai baxışı olub.
Əsər uşaq evində böyüyüb, uşaqlığını yaşamayıb, valideyn nəvazişinə həsrət qalmış qadının həyatından bəhs edir. Onu boz həyatdan yalnız rəngli xəyalları xilas edib. Aktyorluğu bitirəndən sonra qəzada ölmüş klounu təsadüfən sirkdə əvəz edib. Elə o vaxtdan sirkə bağlanır. Daha çox partilərdən qazanan qadın uşaqlığının dadını əyləndirdiyi uşaqlarla birgə çıxarır. Sosial durumu onu daxilən güclü edə bilmir, zəif və zərifdir. "Partnyoru" olsa da, daxilən tənhadır. Uzun illərdir ki, onu adıyla çağıran bir adam belə yoxdur.
Məlumat üçün bildirək ki, həmin əsər 2018-ci ildə Almaniyanın Höte İnstitutu tərəfindən seçilib və müəllif məhz bu pyeslə Postdam şəhərində Beynəlxalq Gənc Dramaturqlar Festivalında Azərbaycanı təmsil edib. 2019-cu ildə Moskvada keçirilən beynəlxalq dramaturgiya müsabiqəsində lonq-listə düşüb. 2020-ci ildə Batumi Beynəxalq Monodrama Festivalında qalib pyeslərdən biri olub. Mükafat olaraq əsər gürcü dilində tamaşaya qoyulub. 2021-ci ildə Sumqayıt və Mingəçevir Dövlət Dram Teatrlarında səhnəyə qoyulub. Hal-hazırda repertuardadır. 5 dilə tərcümə edilib. Müəllif hüquqları qorunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
MƏDƏNİYYƏT
Bu gün Beynəlxalq Teatr Günüdür
Xəbər lenti
0