https://sputnik.az/20220329/azerbaycanda-yeni-neft-sazisi-tesdiqlenecek-440583440.html
Azərbaycanda yeni neft sazişi təsdiqlənəcək
Azərbaycanda yeni neft sazişi təsdiqlənəcək
Sputnik Azərbaycan
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T23:11+0400
2022-03-29T23:11+0400
2022-03-29T23:11+0400
neft
neft-qaz
azərbaycan
saziş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431622_0:101:3281:1947_1920x0_80_0_0_0295f0113c7314a7b1c14524e363b08d.jpg
BAKI, 29 mart — Sputnik. Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın müzakirəsinə "Azərbaycanda Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi çıxarılıb.Qanun layihəsi barədə qısa məlumat verən komitə sədri sənədin iqtisadi əhəmiyyətindən söz açıb, sazişdə göstərilən neft yataqlarının istismar tarixinə toxunub. O, layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.Sonra SOCAR Upstream MMC-nin qrup rəhbəri Tural Mahmudlu 2021-ci il dekabrın 14-də Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib.Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib. Tural Mahmudlu sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb.Qanun layihəsinin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Fatma Yıldırım çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər.Deputatlar sənədi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilən neft strategiyasının tərkib hissəsi kimi xarakterizə ediblər.Millət vəkilləri sazişi köhnə yataqların bərpası və yenidən işlənməsi, müasir standartların tətbiqi və hasilatın artırılması, kadr və peşə hazırlığının nəzərdə tutulması baxımından yüksək dəyərləndiriblər. Onlar həmçinin hazırda yataqların istismarı ilə məşğul olan idarənin işçilərinin işlə təmini, ətraf mühitin qorunması kimi məsələlərin necə həll olunması ilə maraqlanıblar.Müzakirələrin sonunda komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.İclasda deputatlar Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.Qeyd edək ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakı şəhərindən 30 km aralı: qərbdə Maştağa kəndi, şərqdə Buzovna, cənubdan Qala yatağı arasında yerləşib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220329/azerbaycan-qaz-defisitinden-qazanir---yuskov-440586208.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431622_275:0:3006:2048_1920x0_80_0_0_29b11b68f110c9594e7d97404cab12b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
neft, azərbaycan, saziş
Azərbaycanda yeni neft sazişi təsdiqlənəcək
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.
BAKI, 29 mart — Sputnik. Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın müzakirəsinə "Azərbaycanda Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi çıxarılıb.
Qanun layihəsi barədə qısa məlumat verən komitə sədri sənədin iqtisadi əhəmiyyətindən söz açıb, sazişdə göstərilən neft yataqlarının istismar tarixinə toxunub. O, layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.
Sonra SOCAR Upstream MMC-nin qrup rəhbəri Tural Mahmudlu 2021-ci il dekabrın 14-də Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib.
Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib. Tural Mahmudlu sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb.
Qanun layihəsinin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Fatma Yıldırım çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər.
Deputatlar sənədi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilən neft strategiyasının tərkib hissəsi kimi xarakterizə ediblər.
Millət vəkilləri sazişi köhnə yataqların bərpası və yenidən işlənməsi, müasir standartların tətbiqi və hasilatın artırılması, kadr və peşə hazırlığının nəzərdə tutulması baxımından yüksək dəyərləndiriblər. Onlar həmçinin hazırda yataqların istismarı ilə məşğul olan idarənin işçilərinin işlə təmini, ətraf mühitin qorunması kimi məsələlərin necə həll olunması ilə maraqlanıblar.
Müzakirələrin sonunda komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda deputatlar Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakı şəhərindən 30 km aralı: qərbdə Maştağa kəndi, şərqdə Buzovna, cənubdan Qala yatağı arasında yerləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.