Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti ucuzlaşır

© Sputnik / Максим Богодвид / Mediabanka keçidneft
neft - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Dünyanın ən böyük neft idxalçısı Çində yeni növ koronavirusa yoluxanların artması narahatlıq yaradıb.
BAKI, 29 mart — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 6,59 dollar azalaraq 117,28 dollar olub.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 111,92 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar azalaraq 105,37 dollar olub.
Dünyanın ən böyük neft idxalçısı Çində yeni növ koronavirusa yoluxanların artmasının narahatlıq yaratması və yeni karantin tədbirlərini gündəmə gətirməsi ilə neft qiymətləri ucuzlaşır. Koronavirus məhdudiyyətlərinin artırılması neftə olan tələbə ciddi təsir göstərə bilər.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0