Azərbaycan işğaldan azad edilən Xaçınçay karxanasının qum və çınqılı ilə yol çəkir
© Photo : Azerbaijan Highway State AgencyBərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
© Photo : Azerbaijan Highway State Agency
Abunə olmaq
Bərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb. Ağdam şəhərindən başlanılan yolda 14 santimetrlik qalınlıqda birinci lay asfalt döşənir.
BAKI, 29 mart — Sputnik. Azad olunmuş ərazilərimizdə yeni avtomobil yollarının çəkilişi davam etdirilir. Qarabağ və Şərqi-Zəngəzurda ümumilikdə 13 layihə üzrə 752 km yol çəkilir. Onlardan ikisi, Zəfər yolu və Suqovuşan-Talış avtomobil yolu artıq istifadədədir. 11 layihənin isə icrası davam etdirilir.
© Photo : Azerbaijan Highway State AgencyBərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
Bərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
© Photo : Azerbaijan Highway State Agency
Yol 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək
Bərdə-Ağdam avtomobil yolunda da asfalt örtüyünün döşənməsinə başlanılıb. Görülən işlərlə bağlı iş icraçısı Dəyanət Ağakişiyev deyir ki, Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də - Prezident İlham Əliyevin Ağdama səfəri zamanı qoyulub.
44.5 kilometrlik avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlıdır. Müsahibimizin sözlərinə görə Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
“Bütün yol boyu torpaq işləri yekunlaşmaq üzrədir. Artıq asfalt vurulması işlərinə başlamışıq. Yol 4 hərəkət zolağından ibarətdir. Hər hərəkət zolağının eni 3 metr 75 sm-dir. Yol üzərində 8 ədəd yol dönüşü, 24 ədəd avtobus dayanacağı, bundan əlavə yol üzərində 80 ədəd 1500 millimetr diametrində su keçidi, 8 ədəd iki dəmir beton su keçidi, 7 ədəd heyvan keçidi, 1 ədəd piyada keçidi inşa olunacaqdır”.
Müsahibimiz bildirir ki, yolun eni 26.5 metrdir. 2 metr ayrıcı zolaq və 3 metr çiyin hissələr olacaq. Yolda asfat örtüyünün qalınlığı 28 santimetr olacaq. Bütün yol boyu işıqlanma sistemi qurulacaq. Hər iki hərəkət zolağının arasında həmin işıq dirəklərinin yerləri qoyulub. Yolda tikinti işləri başa çatdıqdan sonra işıq dirəklər yerlərinə bağlanacaq.
© Photo : Azerbaijan Highway State AgencyBərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
Bərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
© Photo : Azerbaijan Highway State Agency
Yol üzərində 4 ədəd körpü inşa olunacaq
İş icraçısının sözlərinə görə birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələri də yaradılacaq. Yolda asfalt işləri paralel olaraq körpülərin və qovşaqların tikintisi də, həyata keçirilir. Dəyanət Ağakişiyevin sözlərinə görə yolun xüsusi özəlliklərindən biri də odur ki, bu yoldan istifadə edən sürücülər Ağdərə istiqamətində hərəkət edə biləcəklər.
“Yol üzərində 4 ədəd körpü inşa olunacaq. Bunların birincisi 14-cü klometrdə Quzanlı, Tərtər istiqamətində hərəkətin təşkili üçündür. İkinci körpü Xaçınçay üzərindədir. Üçüncü körpü uzundərə adlanan ərazidədir. Dördüncü körpü yol qovşağı adlandırdığımız 41-ci klometrlikdədir. Ağdərə və Şuşa istiqamətində hərəkətin təşkili üçündür”.
Yolun vaxtında və keyfiyyətli çəkilişi üçün müasir texnikalar cəlb olunub. İşçi heyəti də həvəslə yolun çəkilində iştirak edir. Yolun çəkilişi prossesində çalışan işçilər bildirir ki, bu günə kimi bir sıra yol çəkilişlərində iştirak ediblər. Amma hələ belə həvəslə işlədikləri olamayıb. Qarabağda yol çəkmək tarix yazmaq qədər şərəflidir deyir yol işçiləri.
© Photo : Azerbaijan Highway State AgencyBərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
Bərdə-Ağdam avtomobil yolunda asfalt örtüyünün vurulmasına başlanılıb
© Photo : Azerbaijan Highway State Agency
İşin icrasında yerli materiallardan istifadə olunur
Burada olarkən öyrənirik ki, yolun tikintisində yerli materiallardan da istifadə olunur. Bütün hissələrinin dolğusunda işlənən qum-çınqıl azad olunmuş ərazilərdəki Xaçınçay karyerindən götürülüb. Yol işçisi Elbrus Məmmədovun sözlərinə görə bütün bu prosseslərin kökündə, işə həvəslə yanaşmaq dayanır. O bildirir ki, burda çalşan hər bir işçi fikirləşir ki, 30 ildən sonra zəfər qələbəsi kimi tarixə düşən Qarabağa yol çəkdikləri üçün özləri də tarixin bir parçasına çevrilir.
“Qarabağ zonasında yol çəkirəm. 1 ilə yaxındır burda işləyirəm. İşimdən qürur duyuram. Bizim də gücümüz yol çəkməyə çatır. Biz də Vətənə bu cür xidmət edirik. Qarabağda döyüşmək qismət olmadı bizə. Allah şəhidlərimizə rəhmət eləsin. Bizə yol çəkmək qismət oldu. Biz də bunu fəxrlə yerinə yetiririk”.
Qeyd edək ki, hazırda işlər sürətlə davam etdirilir. İşlərin tez bir zamanda yekunlaşması üçün əraziyə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.