https://sputnik.az/20220328/prezident-lham-eliyev-ayaz-mutellibovun-vefati-ile-bagli-nekroloq-imzalayib-440528612.html
Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Sputnik Azərbaycan
Ayaz Mütəllibov 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa verib. 28.03.2022, Sputnik Azərbaycan
2022-03-28T16:18+0400
2022-03-28T16:18+0400
2022-03-28T16:49+0400
azərbaycan
azərbaycan xəbərləri
ayaz mütəllibov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440526566_0:0:2000:1125_1920x0_80_0_0_11b70d96457140eb9420eb78f7af0134.jpg
BAKI, 28 mart — Sputnik. Prezident İlham Əliyev sabiq Prezident Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, nekroloqda deyilir:"Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunmuş, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru işləmişdir.Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa vermişdir.Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilmişdir.İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.Allah rəhmət eləsin!İlham ƏliyevMehriban ƏliyevaƏli ƏsədovSahibə QafarovaSamir NuriyevEldar ƏzizovYaqub EyyubovŞahin Mustafayev".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440526566_227:0:2000:1330_1920x0_80_0_0_8124251e413ce583d3c0424c286faac2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ayaz mütəllibov
azərbaycan, ayaz mütəllibov
Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb
16:18 28.03.2022 (Yenilənib: 16:49 28.03.2022) Ayaz Mütəllibov 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa verib.
BAKI, 28 mart — Sputnik. Prezident İlham Əliyev sabiq Prezident Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, nekroloqda deyilir:
"Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunmuş, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru işləmişdir.
Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa vermişdir.
Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilmişdir.
İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.