Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN bəzi şəxslərə niyə “Müharibə veteranı” adı verilmədiyini açıqlayıb

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa çalışırlar.
BAKI, 28 mart - Sputnik. Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.
Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.
“Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.
Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir”, -deyə MN-dən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 27.03.2022
QARABAĞ
Müdafiə Nazirliyi bir daha Rusiya MN-ə müraciət etdi
Xəbər lenti
0