Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis Anlaşma Memorandumunu təsdiqləyəcək

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə ediləcək.
BAKI, 28 mart — Sputnik. Milli Məclis "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumunu təsdiqləyəcək.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə ediləcək.
Bundan əlavə, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də komitənin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılacaq.
Qeyd etmək lazımdır ki, hərbi təlimlər üçtərəfli formatda həyata keçirilir. Belə ki, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, ener­ji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları arasında hər il birgə "ETERNITY" kompyuter dəstəkli komanda-qərargah və hər üç ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin "Qafqaz Qartalı" təlimi keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Milli Məclisin iclası - Sputnik Azərbaycan, 1920, 15.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclis hökumətin hesabatını qəbul edib
Xəbər lenti
0