https://sputnik.az/20220328/komite-lkin-razilasma-protokolu-mecburi-kockunler-terefinden-konullu-imzalanir-440538715.html
Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır
Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır
Sputnik Azərbaycan
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir. 28.03.2022, Sputnik Azərbaycan
2022-03-28T20:28+0400
2022-03-28T20:28+0400
2022-03-28T20:28+0400
imza
azərbaycan xəbərləri
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431520_0:77:2500:1483_1920x0_80_0_0_6008e6a8c11fff488ded28cd353f24d6.jpg
BAKI, 28 mart — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra, məcburi köçkünlər tərəfindən könüllü imzalanır.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən həmçinin bildirilib ki, doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - vurğulanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431520_211:0:2290:1559_1920x0_80_0_0_992ff8360ed4d05142686c2c7e1501d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imza, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, işğaldan azad edilmiş ərazilər
imza, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, işğaldan azad edilmiş ərazilər
Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.
BAKI, 28 mart — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.
Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.
Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.
İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra, məcburi köçkünlər tərəfindən könüllü imzalanır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən həmçinin bildirilib ki, doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.
Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.
“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.