CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstana səfər etmək istəyənlərə şad xəbər

Batumi - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Bakı-Batumi-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
BAKI, 28 mart — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" bu ilin iyun ayından yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bakı-Batumi-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək. Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana 2-ci bərpa olunmuş beynəlxalq istiqamətidir. Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.
Biletlərin dəyəri 29 avrodan başlayır. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
© Official website of President of Azerbaijan RepublicEmbraer 190, Buta Airways
Президент Ильхам Алиев ознакомился с самолетом Embraer 190 авиакомпании Buta Airways - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Embraer 190, Buta Airways
Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Gürcüstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/georgia.
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.
Gürcüstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi  - Sputnik Azərbaycan, 1920, 18.08.2021
İQTİSADİYYAT
Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə edilməyib”
Xəbər lenti
0