NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Birjalarda neft ucuzlaşıb

© AFP 2023 / FREDERIC J. BROWNНефть
Нефть - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 4,42 dollar azalaraq 109,48 dollar olub.
BAKI, 28 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri azalıb. Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 4,46 dollar ucuzlaşaraq 116,19 dollara düşüb, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 4,42 dollar azalaraq 109,48 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Beynəlxalq Enerji Agentliyi (IEA) açıqlayıb ki, cari ildə Azərbaycanda neft hasilatı sutkada 0,7 milyon barrelə çatacaq. Təşkilat ilin birinci rübündə respublikanın neft hasilatını sutkada 0,7 milyon barel, ikinci və üçüncü rüblərdə isə 0,69 milyon barel səviyyəsində gözləyir. İlin son rübü üçün hesablamalar hələ açıqlanmayıb.
IEA hesablayıb ki, 2021-ci ildə Azərbaycanda neft hasilatı birinci rübdə sutkada 0,7 milyon barel, ikinci rübdə gündə 0,69 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,71 milyon barel təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft daşları - Sputnik Azərbaycan, 1920, 27.03.2022
İQTİSADİYYAT
BEA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Xəbər lenti
0