https://sputnik.az/20220327/ressam-eserlerimi-mecburiyyetden-satsam-da-ureyim-onlarda-qalir-440303914.html
Rəssam: "Əsərlərimi məcburiyyətdən satsam da ürəyim onlarda qalır"
Rəssam: "Əsərlərimi məcburiyyətdən satsam da ürəyim onlarda qalır"
Sputnik Azərbaycan
Bəzi insanlar düşünürlər ki, istedad varsa, təhsilə ehtiyac yoxdur. Müsahibimiz bu fikirlə razılaşmır. Onun fikrincə, təhsil bütün sahələr üçün vacibdir 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T12:45+0400
2022-03-27T12:45+0400
2022-03-27T12:45+0400
rəssam
mədəniyyət
əsər
təhsil
savad
dövlət
bina
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440303881_0:155:1200:830_1920x0_80_0_0_b317699707980486a9bfac922b47b772.jpg
BAKI, 27 mart — Sputnik. Hələ uşaqkən atası onu ilk dəfə Nizami metrosuna mindirir. Metro və Xalq rəssamı Mikayıl Abdullayevin Nizami "Xəmsə"si əsasında hazırladığı mozaik pannolar gələcəyin rəssamını sanki nağıllar aparır. Bəlkə də o səyahət onu gələcəkdə rəssam olmaq qərarına gətirir. Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, rəssam Zöhrab Cabbarovdan gedir.Zöhrab müəllim yaradıcılığı və sənətində olan problemlərdən Sputnik Azərbaycan-a söz açıb.O bildirir ki, bu sənətə vurğun olduğu üçün sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verir. Tale elə gətirir ki, ondan imtahanı götürən də elə Mikayıl Abdullayev olur:"Mikayıl Abdullayev mənə yaz rəngkarlığa gələmiymi tövsiyyə etdi. Dedim "yox, mən qrafika". Mənə rəngkarlığımın güclü olduğunu desə də mən qrafikanı seçdim və qəbul olundum. Sonradan mənim müəllimim oldu".Müsahibimizlə Mikayıl Abdullayevlə bağlılığı təkcə bununla bitmir. Müəlliminin şah əsərininin restavrasiyası da tələbəsinə qismət olur. 2017-ci ildə Zöhrab Cabbarov, onun qardaşı keramikaçı Elçin Cabarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev sözügedən əsərin restavrasiyasını həyata keçirirlər:Z.Cabbarov vurğulayır ki, bu gün dünyaca məşhur olan rəsm əsərləri, heykəllər, memarlıq nümunələri zamanında sifariş əsasında hazırlanıb:"Məsələn, Mikelancelo Sekstin kapellasınını və ya "David" heykəlini öz-özünə hazırlamayıb. Kilsənin sifarişi ilə hazırlanıb. Əslində bu əsərlər sonda ölkəyə, dünyaya qalır. Bundan da hamı bəhrələnir. Həm öz ölkələri, həm də biz".Müsahibimiz bildirir ki, sovet dövründə rəssamların çəkdikləri rəsm əsərləri kataloqa yığılırdı. Onun fikrincə, bu ənənə davam etməlidir:"Hərdən tələbələrimə deyirəm, hansısa əsəri çəkirik, sonra onu satırıq. O əsər də gedir kiminsə evinə, illər sonra xarab olur, atılır. Amma o əsərlər kataloqa düşsə, gələcək nəsillərə ötürülə bilər. Bu gün həyatda olmayan rəssamların əsərlərini biz kataloqlarda görə bilirik. Amma bu gün sənət əsərləri yaradan rəssamların əsərləri gələcək nəsillərə ötürülməyəcək. 50 ildən sonra da bu sənətdən dərs deyən rəssamlar bizim indi keçdiyimiz rəssamları keçəcəklər. Axı bunun davamı gəlməlidir. Ən uzağı sosial şəbəkədə paylaşırlar, hamı "alqışlayır", vəssalam".Mədəniyyət və incəsən universitetində müəllim kimi fəaliyyət göstərən müsahibimiz bildirir ki, illər keçdikcə bu sahədə təhsil verə biləcək sənətkar azalır:Bəzi insanlar düşünürlər ki, istedad varsa, təhsilə ehtiyac yoxdur. Müsahibimiz bu fikirlə razılaşmır. Onun fikrincə, təhsil bütün sahələr üçün vacibdir:"Xalqı savadlı olan ölkəyə zaval yoxdur. Təhsil bütün sahələrdə vacibdir. Rəssamlıqda da həmçinin"."Bəzən restoranlarda, varlı ailələrin evində ucuz çin mənzərə şəkillərini evlərinə asırlar. Onlara hansısa rəssamın əsərini təklif etsən, ağız büzəcək. Bu da ondan irəli gəlir ki, insanlar sənətdən uzaqlaşıblar"- deyə müsahibimiz əlavə etdi.Rəssam bildirir ki, o əsərlərini satsa da ürəyi həmişə əsrində qalır: "Mən çəkdiyim əsəri bəyənməyəndə ya onu məhv edirəm, ya da onun üzərinə dəfələrlə qayıdıram. Ta ki öz ürəyimcə olana qədər. Mən heç bir əsərimi satmağı qıymıram. Məcburiyyətdən satsam da ürəyim onlarda qalır. Ürəyimdə elə bilirəm ki, xəyanət elədim ona. Amma satmaya da bilmirəm".Mozaika sənətinin tarixindən söz açan rəssam bildirir ki, qədim zamanlarda mozaika məbədləri, kilsələri və zadəgan ailələrinin saraylarını bəzəyərdi: "Necə ki, bizdə hər varlı ailənin hündür hasarı var, o zamanlar da zadəgan ailələrinin evlərində mozaika olurdu. Mozaika həm də məlumat xarakterli olurdu. Məsələn, həyətdə hansısa heyvanın mozaikası təsvir olunubsa, bilinirdi ki, orada həmin heyvan var. Zadəganların qonaq evlərində hər hansısa bir yeməyin, ya da mer-meyvə mozaikası təsvir olunardı".Zöhrab müəllim qeyd edir ki, digər sənətlər kimi mozaika da tədricən təkamilləşən sənət növlərindəndir: "Mozaikanı əvvəllər böyük daşlardan hazırlanırdı. İndi isə smaltadan (rəngli qeyri-şəffaf şüşə - red) hazırlanır. Əvvəllər təbii daşlardan hazırlandığına görə, insan cizgilərini tam çatdıra bilmirdilər. Necə ki, piksel artdıqca şəkilin keyfiyyəti daha da artır, eləcə də smaltı xırdaladıqca hazırlanmış mozaika daha mükəmməl şəkil alır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/bu-gun-beynelxalq-teatr-gunudur-440488498.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440303881_0:0:1200:900_1920x0_80_0_0_a12ab3e05b7d57c40fd1b3efd93099d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəssam, əsər, təhsil, savad, dövlət, bina
rəssam, əsər, təhsil, savad, dövlət, bina
Rəssam: "Əsərlərimi məcburiyyətdən satsam da ürəyim onlarda qalır"
Bəzi insanlar düşünürlər ki, istedad varsa, təhsilə ehtiyac yoxdur. Müsahibimiz bu fikirlə razılaşmır. Onun fikrincə, təhsil bütün sahələr üçün vacibdir
BAKI, 27 mart — Sputnik. Hələ uşaqkən atası onu ilk dəfə Nizami metrosuna mindirir. Metro və Xalq rəssamı Mikayıl Abdullayevin Nizami "Xəmsə"si əsasında hazırladığı mozaik pannolar gələcəyin rəssamını sanki nağıllar aparır. Bəlkə də o səyahət onu gələcəkdə rəssam olmaq qərarına gətirir. Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, rəssam Zöhrab Cabbarovdan gedir.
Zöhrab müəllim yaradıcılığı və sənətində olan problemlərdən Sputnik Azərbaycan-a söz açıb.
O bildirir ki, bu sənətə vurğun olduğu üçün sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verir. Tale elə gətirir ki, ondan imtahanı götürən də elə Mikayıl Abdullayev olur:
"Mikayıl Abdullayev mənə yaz rəngkarlığa gələmiymi tövsiyyə etdi. Dedim "yox, mən qrafika". Mənə rəngkarlığımın güclü olduğunu desə də mən qrafikanı seçdim və qəbul olundum. Sonradan mənim müəllimim oldu".
Müsahibimizlə Mikayıl Abdullayevlə bağlılığı təkcə bununla bitmir. Müəlliminin şah əsərininin restavrasiyası da tələbəsinə qismət olur. 2017-ci ildə Zöhrab Cabbarov, onun qardaşı keramikaçı Elçin Cabarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev sözügedən əsərin restavrasiyasını həyata keçirirlər:
"Sovet dönəminin belə bir şüarı var idi - "Hər şey fəhlə sinifi üçün". Ona görə də şəhərin hər hissəsində sənət əsərləri bəzəyərdi. Bunu ona görə edirdilər ki, səhər fəhlə işə gedəndə sənət əsərlərinə baxsın, gözü öyrəşsin. Hətta işə gedəndə belə, özünü muzeyin içindən keçirmiş kimi hiss etsin. Bunun bir tərəfi də yaxşı idi ki, dövlət maliyyə ayırırdı, rəssamlar da sənət əsərləri yaradırdı. Rəssamlara da bir stimul olurdu. Dövlət sifariş etməsəydi, Mikayıl Abdullayevin əsərləri ərsəyə gəlməyəcəkdi. Bakıda gündə bir bina tikilir. O binaların divarlarına mozaika sifariş versələr, həm şəhərimiz gözəlləşər, insanların gözü sənət görər, həm də rəssamlarımıza iş olar. Sözsüz ki, dövlət incəsənət adamlarına diqqət ayırır. Amma dövlətə də təkliflər etmək lazımdır ki, dövlət də bunun üçün maliyyə ayırsın. Təkliflər irəli sürülsə, əminəm ki, dövlət yardım edəcək. Maliyyə olmadığına görə, yaradan da olmur və nəticədə itirən sənət olur".
Z.Cabbarov vurğulayır ki, bu gün dünyaca məşhur olan rəsm əsərləri, heykəllər, memarlıq nümunələri zamanında sifariş əsasında hazırlanıb:
"Məsələn, Mikelancelo Sekstin kapellasınını və ya "David" heykəlini öz-özünə hazırlamayıb. Kilsənin sifarişi ilə hazırlanıb. Əslində bu əsərlər sonda ölkəyə, dünyaya qalır. Bundan da hamı bəhrələnir. Həm öz ölkələri, həm də biz".
Müsahibimiz bildirir ki, sovet dövründə rəssamların çəkdikləri rəsm əsərləri kataloqa yığılırdı. Onun fikrincə, bu ənənə davam etməlidir:
"Hərdən tələbələrimə deyirəm, hansısa əsəri çəkirik, sonra onu satırıq. O əsər də gedir kiminsə evinə, illər sonra xarab olur, atılır. Amma o əsərlər kataloqa düşsə, gələcək nəsillərə ötürülə bilər. Bu gün həyatda olmayan rəssamların əsərlərini biz kataloqlarda görə bilirik. Amma bu gün sənət əsərləri yaradan rəssamların əsərləri gələcək nəsillərə ötürülməyəcək. 50 ildən sonra da bu sənətdən dərs deyən rəssamlar bizim indi keçdiyimiz rəssamları keçəcəklər. Axı bunun davamı gəlməlidir. Ən uzağı sosial şəbəkədə paylaşırlar, hamı "alqışlayır", vəssalam".
Mədəniyyət və incəsən universitetində müəllim kimi fəaliyyət göstərən müsahibimiz bildirir ki, illər keçdikcə bu sahədə təhsil verə biləcək sənətkar azalır:
"Mən sidqi-ürəklə tələblərimə müəllimlərimin mənə öyrətdiklərini, özümün araşdırıb tapdıqlarımı öyrədirəm. Hərdən düşünürəm ki, mənim nəvəm, nəticəm 50 ildən sonra kimdən öyrənəcək? Gələcək nəsillərimiz rəssam olmaq üçün gərək hansısa xarici ölkəyə getsin. Ora getməyə imkanı olmasa, gedəcək fəhlə işləyəcək. Nəticədə bir millət olaraq itirəcəyik, qayıdacağıq daş dövrünə - Qobustan qayaüstü rəsmlərinə. O rəsmlər dövrünə görə əla olub. Amma zaman keçdikcə təkmilləşib axı. Axı hər kəs maşın sürmək üçün təkəri icad edə bilməz. Maşını daha da təkmilləşdirmək lazımdır. Rəssamlıq sənəti də belədir".
Bəzi insanlar düşünürlər ki, istedad varsa, təhsilə ehtiyac yoxdur. Müsahibimiz bu fikirlə razılaşmır. Onun fikrincə, təhsil bütün sahələr üçün vacibdir:
"Xalqı savadlı olan ölkəyə zaval yoxdur. Təhsil bütün sahələrdə vacibdir. Rəssamlıqda da həmçinin".
"Bəzən restoranlarda, varlı ailələrin evində ucuz çin mənzərə şəkillərini evlərinə asırlar. Onlara hansısa rəssamın əsərini təklif etsən, ağız büzəcək. Bu da ondan irəli gəlir ki, insanlar sənətdən uzaqlaşıblar"- deyə müsahibimiz əlavə etdi.
Rəssam bildirir ki, o əsərlərini satsa da ürəyi həmişə əsrində qalır: "Mən çəkdiyim əsəri bəyənməyəndə ya onu məhv edirəm, ya da onun üzərinə dəfələrlə qayıdıram. Ta ki öz ürəyimcə olana qədər. Mən heç bir əsərimi satmağı qıymıram. Məcburiyyətdən satsam da ürəyim onlarda qalır. Ürəyimdə elə bilirəm ki, xəyanət elədim ona. Amma satmaya da bilmirəm".
Mozaika sənətinin tarixindən söz açan rəssam bildirir ki, qədim zamanlarda mozaika məbədləri, kilsələri və zadəgan ailələrinin saraylarını bəzəyərdi: "Necə ki, bizdə hər varlı ailənin hündür hasarı var, o zamanlar da zadəgan ailələrinin evlərində mozaika olurdu. Mozaika həm də məlumat xarakterli olurdu. Məsələn, həyətdə hansısa heyvanın mozaikası təsvir olunubsa, bilinirdi ki, orada həmin heyvan var. Zadəganların qonaq evlərində hər hansısa bir yeməyin, ya da mer-meyvə mozaikası təsvir olunardı".
Zöhrab müəllim qeyd edir ki, digər sənətlər kimi mozaika da tədricən təkamilləşən sənət növlərindəndir: "Mozaikanı əvvəllər böyük daşlardan hazırlanırdı. İndi isə smaltadan (rəngli qeyri-şəffaf şüşə - red) hazırlanır. Əvvəllər təbii daşlardan hazırlandığına görə, insan cizgilərini tam çatdıra bilmirdilər. Necə ki, piksel artdıqca şəkilin keyfiyyəti daha da artır, eləcə də smaltı xırdaladıqca hazırlanmış mozaika daha mükəmməl şəkil alır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.