CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küləkli hava şəraiti ayın sonuna qədər davam edəcək

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidKüləyin istiqamətini göstərən qurğu, arxiv şəkli
Küləyin istiqamətini göstərən qurğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Abunə olmaq
Martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.
BAKI, 27 mart - Sputnik. Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, küləyin maksimal sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, martın 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 30 metrədək güclənəcəyi gözlənilir.
Martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraiti davam edəcək.
Cənub-qərb, qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə 23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0