CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Energetik içki ilə narkotik arasındakı əlaqə - Övladlarınızı qoruyun

© Sputnik / Elvin AhmadEnergetik içki, arxiv şəkli
Energetik içki, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Abunə olmaq
Ötən ilin ilk 8 ayında Azərbaycana 4107.5 min ABŞ dolları dəyərində 132 min dkl ererji içkiləri idxal edilib və eyni dövrdə ölkədən 720.8 min ABŞ dolları dəyərində 95.1 dkl enerji içkiləri ixrac edilib.
BAKI, 15 mart — Sputnik. "Gələcəkdə bizim əsas bəlamız energetik içkilərlə bağlı olacaq". Narkoloji Dispanserin sabiq rəhbəri Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
O bildirib ki, bu içkilər həddindən artıq asılılıq yaradır və artıq belə içkilərdən asılı olan xəstələr də var:
"Xüsusən də cavanlar bu içkilərdən asılıdır. Məsələn, əgər günə 5-6 energetik içki ilə kifayətlənə bilirdisə, indi gənclər arasında elələri var ki, bu doza onlara yetmir".
Nəticədə, energetik içkilərə aludəçilik zamanla narkotik asılılığına səbəb olur:
"Nəticədə həmin şəxslər daha güclü vasitələrə keçir - narkotik vasitələr axtarır. Görün, xırda problemlərdən nə boyda böyük problemlər ortaya çıxır".
Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
© AR Ministry of Internal AffairsGəncə sakinindən silah və narkotik aşkarlanıb
Gəncə sakinindən silah və narkotik aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Gəncə sakinindən silah və narkotik aşkarlanıb
Qeyd edək ki, ötən ilin ilk 8 ayında Azərbaycana 4107.5 min ABŞ dolları dəyərində 132 min dkl ererji içkiləri idxal edilib və eyni dövrdə ölkədən 720.8 min ABŞ dolları dəyərində 95.1 dkl enerji içkiləri ixrac edilib. Dövlət Statistika Komitəsindən bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
2020-ci ildə isə 4694.2 min ABŞ dolları dəyərində 165.2 min dkl enerji içkisi idxal olunub. Həmin dövrdə 431.4 min ABŞ dolları dəyərində 66.9 min dkl enerji içkisi ixrac olunub.
2019-cu ildə Azərbaycana 5452 min ABŞ dolları dəyərində 237.2 min dkl miqdar enerji içkisi idxal edilib. Həmin dövrdə 210.7 min ABŞ dolları dəyərində 31.2 min dkl miqdarda enerji içkisi ixrac edilib.
Qeyd edək ki, DSK-dən sorğuya cavab olaraq bildirilib ki, ötən ilin ilk 8 ayı ilə müqayisədə cari ilin ilk 8 ayında enerji içkilərinin idxalı ilə bağlı rəqəmlərdə artım var. Belə ki, ötən ilin 8 ayında ölkəyə 122 min dkl, cari ilin 8 ayında isə 132 min dkl enerji içkisi idxal edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Энергетический напиток, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.09.2021
CƏMİYYƏT
Azərbaycanda enerji içkiləri ilə bağlı son durum acınacaqlıdır: Kimsə qanunlara əməl etmir
Xəbər lenti
0