Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya və İran maliyyə təzyiqlərinə qarşı birləşir

© REUTERS / DADO RUVICSWIFT
SWIFT  - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
Cəlalinin sözlərinə görə, İran ölkə banklarının Rusiyanın Maliyyə Məlumatlandırma Sisteminə qoşulması üçün səylər göstərir.
BAKI, 26 mart - Sputnik. Rusiya və İranı “SWIFT” banklararası sistemindən yan keçməklə birləşdirmək texnoloji baxımdan kifayət qədər realdır, hər iki ölkənin belə məsələlərdə kifayət qədər təcrübəsi var. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu “AKRA” agentliyinin maliyyə institutlarının reytinqləri qrupunun baş direktoru Valeri Piven deyib.
İran İslam Respublikasının (İRİ) Rusiyadakı səfiri Kazem Cəlali cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya və İran banklararası ödənişlərin köçürülməsi üçün “SWIFT” beynəlxalq sistemindən yan keçərək, maliyyə məlumatlandırma sistemlərinin unifikasiyası üzərində işləyirlər.
Cəlalinin sözlərinə görə, İran ölkə banklarının Rusiyanın Maliyyə Məlumatlandırma Sisteminə qoşulması üçün səylər göstərir.
"Texnoloji baxımdan hər iki ölkənin bu cür informasiya sistemlərini inkişaf etdirmək üçün kifayət qədər təcrübəyə malik olduğunu nəzərə alsaq, bunu etmək olduqca realdır. Eyni zamanda, ölkələr sanksiyalar təzyiqindən asılı olmayaraq maliyyə məlumatlarını ötürmək üçün avtonom imkan əldə edəcəklər", - Piven bildirib.
Rusiya Bankının maliyyə məlumatlandırma sistemi, demək olar ki, bütün dünya ölkələrində 11 000-dən çox ən böyük təşkilatın qoşulduğu Rusiya banklarının “SWIFT”dən mümkün kəsilməsi risklərinə cavab olaraq yaradılıb.
Martın əvvəlində Avropa İttifaqı Rusiyanın yeddi bankını “SWIFT” sistemindən ayırmaq qərarına gəlib: bunlar “VTB”, "Rossiya" və "Otkrıtiye", “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF” dövlət korporasiyasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Manat və rubl - Sputnik Azərbaycan, 1920, 25.03.2022
İQTİSADİYYAT
Azərbaycan və Rusiya hesablaşmalarda manat və rubldan istifadə edəcək – ŞƏRH
Xəbər lenti
0