SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Departamentinin saxta erməni təbliğatına əsaslanması məsuliyyətsizlikdir - AR XİN

© Sputnik / Murad OrujovXİN-nin binası, arxiv şəkli
XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
Nazirlik bir daha vurğulayıb ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir.
BAKI, 26 mart - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi 25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəbdələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb.
Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.
Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır.
Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan əsgəri istənilən hava şəraitində Vətənin müdəfiəsində durmağa qadirdir - Sputnik Azərbaycan, 1920, 26.03.2022
QARABAĞ
Düşmən geri oturdulub - MN
Xəbər lenti
0