CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü hava necə olacaq

© AFP 2023 / DAVID GANNONYaz, arxiv şəkli
Yaz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
BAKI, 26 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0