Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şoyqu Həsənova zəng edib: müdafiə nazirləri nədən danışıblar

© Sputnik / Murad Orujov Rusiya və Azərbaycanın müdafiə nazirləri Sergey Şoyqu və Zakir Həsənov
 Rusiya və Azərbaycanın müdafiə nazirləri Sergey Şoyqu və Zakir Həsənov - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Abunə olmaq
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağda mövqelərin və dislokasiya məntəqələrinin güc tətbiq etmədən dəqiqləşdirilməsi prosesini davam etdirir.
BAKI, 25 mart - Sputnik. Rusiya və Azərbaycanın müdafiə nazirləri Sergey Şoyqu və Zakir Həsənov telefonla Qarabağda vəziyyətin sabitləşdirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi cümə günü məlumat yayıb.
“Qarabağda sülhməramlı əməliyyat zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar 2022-ci il martın 25-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovniki Zakir Həsənov arasında telefon danışığı olub”, - deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, müdafiə idarələrinin rəhbərləri Qarabağda vəziyyətin sabitləşdirilməsi və Cənubi Qafqazda təhlükəsizliyin qorunması yollarını müzakirə ediblər.
Bundan əlavə, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin informasiya təxribatı ilə bağlı məlumat yayıb:
"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır. Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ermənistan XİN-ə cavab olaraq bəyanat yayıb. Bəyanatda deyilir:
"Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.
Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır.
Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir.
Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir.
İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0