CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya Ukraynaya deyil, dünyada şərə qarşı mübarizə aparır - Azərbaycanın Rus İcması

© Sputnik / Murad OrujovАвтопробег, посвященный освобождению Кельбаджара в Баку
Автопробег, посвященный освобождению Кельбаджара в Баку - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Abunə olmaq
İcma əmindir ki, Azərbaycan Rusiyanın “ədalətsizliyə qalib gəlmək istəyi ilə” daha yaxşı başa düşməlidir.
BAKI, 25 mart - Sputnik. Azərbaycanın rus icması NATO-nun Şərqə doğru genişlənməsindən özünü və xalqını qorumaq üçün Rusiyanı başa düşməyi xahiş edir. Azərbaycanın Rus İcması Respublika Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Ukrayna xalqlarına dərin hüznlə başsağlığı verir.
İcma qeyd edib ki, Azərbaycan özünü mümkün qədər yaxşı müdafiə etmək istəyində Rusiyanın mövqeyini başa düşməlidir.
"Bu yaxınlarda Azərbaycan 30 ilə yaxın işğaldan sonra öz dədə-baba torpaqlarının azad edilməsinin birinci ildönümünü qeyd etdi. Bir milyon qaçqın və məcburi köçkün, Vətən uğrunda canından keçmiş minlərlə gəncin həlak olması insanların yaddaşlardan silinə bilməz.
Bütün bu illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin icrası üçün lazımi tədbirlər görməyən dünya birliyinin ədalətsiz mövqeyini hiss edib.
Sənədlər Ermənistanın bütün işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tuturdu. Lakin Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü bərpa edərək öz müdafiəsinə qalxdı.
Hətta respublikanın regionda kommunikasiyaları sürətlə bərpa etdiyi bu gün də Avropa Parlamenti Azərbaycana qarşı daha bir qərəzli qətnamə qəbul edir”, - deyə İcmanın bəyanatında bildirilir.
“Bütün bu illər ərzində ABŞ və onun müttəfiqləri bir vaxtlar qardaş xalqlar - Rusiya və Ukrayna arasında düşmənçilik və nifrət yaratmaq üçün hər şeyi ediblər. Guya Ukraynanın suverenliyini qorumaq üçün xarici silahlarla dişlərinə qədər silahlananda, yeniyetmələrə Rusiyaya qarşı hədə-qorxu ilə faşist və millətçi salamlaşmalar öyrədiləndə, cinayətkarlar həbs yerlərindən azad edilərək silah-sursatla təmin ediləndə, ölkənin nəyə hazırlaşdığını söyləmək çətin deyil”, deyə deyə müraciət müəllifləri bəyan edir və onu da bildirirlər ki, müdafiəyə qalxan Rusiya Qərbdən çoxsaylı sanksiyalara məruz qalıb.
Müraciətdə qeyd olunur ki, eyni zamanda, əksər ölkələrdə “Rusiya Ukraynaya qarşı deyil, dünya şərinə qarşı mübarizə apardığını” anlayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.03.2022
RUSİYA
İnsanlar rəğbət, mədəniyyət vasitəsilə birləşsə, həqiqət öz yolunu tutar - Putin
Xəbər lenti
0