Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Şəkər xəstəliyi, xərçəngə qarşı mükəmməl vasitələr Azərbaycanda - FOTO

© Sputnik / Nigar IskanderovaŞəkər xəstəliyinin müalicəsində xüsusi tövsiyə edilən bitkilər
Şəkər xəstəliyinin müalicəsində xüsusi tövsiyə edilən bitkilər - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
Zeytun yarpağı və qabığını narınlanmış halda 1 çay qaşığı olaraq bir stəkan qaynar suda dəmləyib gün ərzində 2-3 dəfə, yeməkdən qabaq içmək çox faydalıdır
BAKI, 17 mart — Sputnik. Şəkər xəstəliyinin müalicəsində xüsusi tövsiyə ediləcək bitkilərdən biri amarantdır. Amarant çox qiymətli bitkidir. Onun dəni ilə yanaşı yaşıl kütləsi çox qiymətlidir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik və Elmi Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. O bildirib ki, amarant mimimum becərmə texnologiyası ilə bitir, suya davamlıdır, təkrar əkin zamanı suya tələbaı daha az olur: "Bir hektrda kinoadan minimum 2 ton məhsul götürülürsə, amarantda bu rəqəm bu 9 tonadək də çata bilir. Bu bitkidə intensiv texnologiyadan istifadə etdim, apreldə əkdiyim amarantı bir dəfə biçdim, sonra sahəni suvardıq. Çox cüzi miqdarda mineral gübrə verdim. Sentyabrın əvvələrində bu bitki yenə də toxum verdi. 100 hektardan kifayət qədər məhsul götürdük".
O qeyd edir ki, amarantdan xərçəng əleyhinə də isitfadə olunur: "Skvalenin iki mənbəyi var: göy balinanın qara ciyəri və amarantın dəni. Amarantın dənindən hətta uşaqlar üçün də qida əlavəsi olaraq istifadə olunur".
© Sputnik / Nigar IskanderovaSevil Abbasquliyeva
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Sevil Abbasquliyeva
O bildirir ki, apardıqları tədqiqat zamanı bəlli olub ki, amarantın yaşıl kütləsi cins mal-qaraların yemlənilməsində də çox faydalıdır: "Lakin qeyd edim ki, dekorativ amarantlarla əldə etdiyimiz amarantlar bir-birindən tamamilə fərqlənir. Dekorativ amarantın yarpağında zəhərlənmə daha çox müşahidə olunur. Azərbaycanda bu bitkinin 200-dən çox növü var. El arasında qızıl pencər, qırmızı baldır adlanan amarantdan danışırıq, hansı ki, dədə-babalarımız onun sıyığını bişirirdi. Məqsədimiz bitkinin istehsal sahələrini genişləndirməkdir".
S.Abbasquliyeva deyir ki, bu bitkini dibçəklərdə də əkmək olar.
Mütəxəssis digər türkəçarələr haqda məlumat verib, bildirib ki, zeytun yarpağı və qabığını narınlanmış halda 1 çay qaşığı olaraq bir stəkan qaynar suda dəmləyib gün ərzində 2-3 dəfə, yeməkdən qabaq içmək çox faydalıdır: "Bu qanda şəkəri normaya salır. Bundan başqa, hemoqlabin, qan təzyiqi normadadırsa, həkim məsləhəti ilə zəlidən müalicə olaraq isitfadə etmək olar".
© Sputnik / Nigar IskanderovaSevil Abbasquliyeva
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Sevil Abbasquliyeva
Mütəxəssis deyir ki, lavanda da insan səhhəti üçün mühüm bitkilərdən biridir: "Bu bitki 18 il məhsul verə, 30 il torpaqda qala bilir. Uzunömürlüdür. Yalnız əkilən zaman suvarılır və arı üçün əvəzolunmaz yem bazasıdır. Lavanda balı özü çox qiymətlidir, yuxarı tənəffüs orqanları üçün faydalı bir məhsuldur. Yeganə bitkidir ki, kök sistemindən yarpaqlarınadək efir yağları ilə zəngindir. Bu efir yağları virus və bakteriya əleyhinədir. Bu səbədən lavanda əkilən ərazilərdə virus olmur. Artıq iki ildir ki, onu əkib-becəririk, lavanda sahələrimiz var. Beyində xoşbəxtlik hormonu olan - epifiz vəzinin bütün bağlı yollarını açır, xoşbəxtlik hormonu yaradır. Yuxu gətirir. Yatmayan uşaqların yastıqlarının içinə onun çiçəyinin qoyulması tövsiyə olunur".
O deyir ki, lavandanın dəmlənməsi qaraciəyərə faydalıdır: "Lavandadan müxtəlif qaraciyər xəstəliklərinin müalicəsində də istifadə oluna bilər. Çox istərdim ki, virusun tüğyan etdiyi bir vaxtda parklarımız, küçələrəimiz lavanda ilə bəzədilsin. Ümumiyyətlə, hər bir otaqda lavanda bitkisini saxlamağı tövsiyə edirəm. Bu bitki əsəb, stress, gərginliyi aradan qaldırır". Onun ən böyük üstnlüyü isə quraqlığa davamlı olmasındadır".
© Sputnik / Nigar IskanderovaŞəkər xəstəliyinin müalicəsində xüsusi tövsiyə edilən bitkilər
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Şəkər xəstəliyinin müalicəsində xüsusi tövsiyə edilən bitkilər
Qaraçörək otu da çox faydalıdır. Mütəxəssis bildirir ki, bununla bağlı tədqiqat aparıb: "Vətəni ərəb ölkələri olsa da, qaraçörəkotu Azərbaycanda da bitə bilir. Onun yağı bir neçə xəstəliyin müalicəsində istifadə oluna bilər. Tərkibində maqnezium çox yüksəkdir, ürək, qan-damar sisteminin fəaliyyətində faydalıdır. Damarlardakı gərginliyi aradan qaldırır. Müxtəlif xəstəliklər, miqren, artıq çəkidən azad olunanlar üçün qaraçörəkotu hədsiz faydalıdır. Qaraçörək otunun yağı şəkər üçün xüsusi məlhəmlərin tərkibinə daxil edilə bilər. Qalxanabənzər xəstəliklərin müalicəsi zamanı da ondan dəmlənib içilə bilər. Kinoa və qara çörəkotu qanda şəkərin miqdarını aşağı salır, anemiya əlamətlərini aradan qaldırır".
S.Abbasquliyeva bildirir ki, süfrılərin bəzəyi olan zəfəran isə qanı durulaşdırır, təmizləyir, qanda olan allergik maddələri çökdürür, qaraciyərin işinin tənzimlənməsində vacib rola malikdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şəkər diabeti - Sputnik Azərbaycan, 1920, 19.02.2022
SƏHİYYƏ
Uşaqlarda boy hormonu çatışmazlığı və şəkər xəstəliyi niyə artıb?
Xəbər lenti
0