https://sputnik.az/20220324/rf-xn-uollesin-musahibesi-nato-nun-kiyev-ucun-nuve-silahi-yaratmaq-planlarini-tesdiqledi-440438951.html
RF XİN: Uollesin müsahibəsi NATO-nun Kiyev üçün nüvə silahı yaratmaq planlarını təsdiqlədi
RF XİN: Uollesin müsahibəsi NATO-nun Kiyev üçün nüvə silahı yaratmaq planlarını təsdiqlədi
Sputnik Azərbaycan
"Təkcə Ukraynanın belə planları yox idi, NATO-nun belə planları var idi və onlar buna, ssenarinin belə inkişafına hazır idilər" - Zaxarova 24.03.2022, Sputnik Azərbaycan
2022-03-24T22:26+0400
2022-03-24T22:26+0400
2022-03-25T09:58+0400
ukrayna
dünya xəbərləri
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
böyük britaniya
pranker
https://cdnn1.img.sputnik.az/img/42284/11/422841173_0:0:3079:1733_1920x0_80_0_0_226cb679ecb8fb870155f18533321721.jpg
BAKI, 24 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin prankerlərlə müsahibəsi NATO-nun Ukraynanın nüvə silahı əldə etmək planlarını təsdiqləyir."Böyük Britaniyanın müdafiə nazirinin prankerləri ukraynalı məmurlardan ayıra bilməməsi təəccüb doğurmur, mən bunu Britaniya ictimaiyyətinin mülahizəsinə buraxıram. Məni başqa bir şey təəccübləndirdi: Britaniya rəsmilərinin Ukraynanın nüvə silahına malik olması və prinsipcə, Böyük Britaniyanın hadisələrin belə bir inkişafına dəstək verməsi barədə rahat danışmaları”, - deyə Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, bu məsələ onlarda "nə etiraz, nə suallar, nə də bir növ qorxu" yaratmır. "Bu, yalnız bir şeyi təsdiqləyir: belə planlar var idi. Təkcə Ukraynanın belə planları yox idi, NATO-nun belə planları var idi və onlar buna, ssenarinin belə inkişafına hazır idilər", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqalın adından Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə zəng edən rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) onunla Ukrayna və NATO ilə bağlı dialoqun daha bir hissəsini dərc edib, video Vovanın rəsmi YouTube kanalında yerləşdirilib.Videoda pranker nazirdən Ukraynanın NATO əleyhinə statusuna münasibətini soruşur."Böyük Britaniya sizin NATO-ya üzv olmanızı istəyən ölkələrdən biri idi. Bilirsiniz ki, NATO-nun 30 ölkəsi var və bu, xüsusilə problemdir. Hər kəsi "hə" deməyə məcbur etmək asan deyil. Biz həmişə istəmişik ki, siz NATO-ya üzv olasınız. , buna görə də biz son beş il ərzində hərbi mütəxəssislərimizi sizə göndəririk ki, siz düzgün mərhələyə keçəsiniz”, - Uolles söhbətində bildirib.DAHA sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi YouTube videohostinq xidmətinin rəhbərliyindən nazir Ben Uolleslə özünü Ukraynanın baş naziri Denis Şmıqal kimi təqdim edən pranker Lexus (Aleksey Stolyarov) arasında söhbətin platformada yerləşdirilən videolarını silməyi xahiş edib.“Rusiya dövləti saxta zəngə görə məsuliyyət daşıdığından, biz martın 11-də elan edilmiş siyasətə uyğun olaraq, Google və YouTube-dan videoları silməyə və ya ən azı girişi bloklamağa çağırırıq”, - Britaniya Müdafiə Nazirliyinin çağırışında deyilir.Müdafiə Nazirliyi çərşənbə günü yaydığı bəyanatda videoların “Böyük Britaniyanın milli təhlükəsizliyi üçün əhəmiyyətli risk” yaratdığını bildirib.Bundan əlavə, Böyük Britaniyanın Müdafiə Nazirliyi Londonun Ukraynaya tədarük etdiyi NLAW tank əleyhinə raketlərin nasazlığını əks etdirən videoların da dezinformasiya olduğunu iddia edir. Departamentin fikrincə, bu cür məlumatların yayılması Ukrayna silahlı qüvvələrinin "mənəvi vəziyyətinə dağıdıcı təsir göstərir".Martın 11-də YouTube dövlət tərəfindən maliyyələşdirilən Rusiya media hesablarını bloklamağa başladığını elan edib. Müvafiq qərar Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatına başlaması fonunda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220323/britaniya-mudafie-nazirliyi-youtube-dan-nazirle-pranker-arasindaki-sohbeti-silmeyi-isteyib-440416922.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42284/11/422841173_348:0:3079:2048_1920x0_80_0_0_709fa1616db23e2468bd8e0ba11e6495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, böyük britaniya, pranker
ukrayna, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, böyük britaniya, pranker
RF XİN: Uollesin müsahibəsi NATO-nun Kiyev üçün nüvə silahı yaratmaq planlarını təsdiqlədi
22:26 24.03.2022 (Yenilənib: 09:58 25.03.2022) "Təkcə Ukraynanın belə planları yox idi, NATO-nun belə planları var idi və onlar buna, ssenarinin belə inkişafına hazır idilər" - Zaxarova
BAKI, 24 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin prankerlərlə müsahibəsi NATO-nun Ukraynanın nüvə silahı əldə etmək planlarını təsdiqləyir.
"Böyük Britaniyanın müdafiə nazirinin prankerləri ukraynalı məmurlardan ayıra bilməməsi təəccüb doğurmur, mən bunu Britaniya ictimaiyyətinin mülahizəsinə buraxıram. Məni başqa bir şey təəccübləndirdi: Britaniya rəsmilərinin Ukraynanın nüvə silahına malik olması və prinsipcə, Böyük Britaniyanın hadisələrin belə bir inkişafına dəstək verməsi barədə rahat danışmaları”, - deyə Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ onlarda "nə etiraz, nə suallar, nə də bir növ qorxu" yaratmır. "Bu, yalnız bir şeyi təsdiqləyir: belə planlar var idi. Təkcə Ukraynanın belə planları yox idi, NATO-nun belə planları var idi və onlar buna, ssenarinin belə inkişafına hazır idilər", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqalın adından Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə zəng edən rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) onunla Ukrayna və NATO ilə bağlı dialoqun daha bir hissəsini dərc edib, video Vovanın rəsmi YouTube kanalında yerləşdirilib.
Videoda pranker nazirdən Ukraynanın NATO əleyhinə statusuna münasibətini soruşur.
"Böyük Britaniya sizin NATO-ya üzv olmanızı istəyən ölkələrdən biri idi. Bilirsiniz ki, NATO-nun 30 ölkəsi var və bu, xüsusilə problemdir. Hər kəsi "hə" deməyə məcbur etmək asan deyil. Biz həmişə istəmişik ki, siz NATO-ya üzv olasınız. , buna görə də biz son beş il ərzində hərbi mütəxəssislərimizi sizə göndəririk ki, siz düzgün mərhələyə keçəsiniz”, - Uolles söhbətində bildirib.
DAHA sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi YouTube videohostinq xidmətinin rəhbərliyindən nazir Ben Uolleslə özünü Ukraynanın baş naziri Denis Şmıqal kimi təqdim edən pranker Lexus (Aleksey Stolyarov) arasında söhbətin platformada yerləşdirilən videolarını silməyi xahiş edib.
“Rusiya dövləti saxta zəngə görə məsuliyyət daşıdığından, biz martın 11-də elan edilmiş siyasətə uyğun olaraq, Google və YouTube-dan videoları silməyə və ya ən azı girişi bloklamağa çağırırıq”, - Britaniya Müdafiə Nazirliyinin çağırışında deyilir.
Müdafiə Nazirliyi çərşənbə günü yaydığı bəyanatda videoların “Böyük Britaniyanın milli təhlükəsizliyi üçün əhəmiyyətli risk” yaratdığını bildirib.
Bundan əlavə, Böyük Britaniyanın Müdafiə Nazirliyi Londonun Ukraynaya tədarük etdiyi NLAW tank əleyhinə raketlərin nasazlığını əks etdirən videoların da dezinformasiya olduğunu iddia edir. Departamentin fikrincə, bu cür məlumatların yayılması Ukrayna silahlı qüvvələrinin "mənəvi vəziyyətinə dağıdıcı təsir göstərir".
Martın 11-də YouTube dövlət tərəfindən maliyyələşdirilən Rusiya media hesablarını bloklamağa başladığını elan edib. Müvafiq qərar Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatına başlaması fonunda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.