https://sputnik.az/20220324/rf-mn-baydenin-oglunun-abs-in-ukraynadaki-laboratoriyalari-ile-elaqesinden-danisib-440432339.html
RF MN Baydenin oğlunun ABŞ-ın Ukraynadakı laboratoriyaları ilə əlaqəsindən danışıb
RF MN Baydenin oğlunun ABŞ-ın Ukraynadakı laboratoriyaları ilə əlaqəsindən danışıb
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi: Baydenin oğlunun fondu ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının maliyyələşdirilməsində iştirak edib. 24.03.2022, Sputnik Azərbaycan
2022-03-24T17:26+0400
2022-03-24T17:26+0400
2022-03-24T18:48+0400
co bayden
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
laboratoriya
narkotik
problem
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440431821_0:0:1785:1004_1920x0_80_0_0_4b24519576ed469c7be6df3e388c9a84.jpg
BAKI, 24 mart - Sputnik. ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin Rosemont Seneca investisiya fondu Pentaqonun Ukraynadakı hərbi bioloji proqramını maliyyələşdirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov bildirib.General-leytenant qeyd edib ki, Rusiya hərbçilərinin əldə etdiyi sənədlər ABŞ dövlət qurumları ilə Ukraynanın bioloji obyektləri arasında qarşılıqlı əlaqənin sxemini izləməyə imkan verir.“Eyni zamanda, fondun (Rosemont Seneca – red.) ABŞ hərbi departamentinin əsas podratçıları, o cümlədən, “Black and Veach” ilə yanaşı bütün dünyada Pentaqonun biolaboratoriyaları üçün avadanlıqların əsas təchizatçısı olan Metabiota ilə sıx əlaqəsi var”, - o əlavə edib.O, Hanter Baydenin investisiya fondunun ən azı 2,4 milyard dollar resursunun olduğunu vurğulayıb.2020-ci ilin oktyabr ayında New York Post qəzeti, Delaver ştatında təmir sexində tapılan Hanter Baydenin noutbukunda aşkarlandığı iddia edilən yazışmalara əsaslanan bir neçə məqalə dərc etdi. Sonradan Daily Mail eksklüziv material çap etdi: kompüter mütəxəssisləri Hanter Baydenin məktublarının və fotoşəkillərinin həqiqiliyini təsdiq etdilər, bu da onun narkotik alverində və fahişəliyin təşkilində iştirakını təsdiqləyə bilər. Kiçik Baydenin özü "Gözəl şeylər" adlı xatirə kitabında narkotiklə problemləri haqqında danışıb.ABŞ üçün işləyən Ukrayna biolaboratoriyalarıUkraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib."Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/ukraynada-bioloji-silahlarin-komponentleri-yaradilib---rusiya-mn-440254997.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440431821_39:0:1763:1293_1920x0_80_0_0_a36dd87362d1ee846637e7fa6dbb92ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, ukrayna, laboratoriya, narkotik, problem
co bayden, ukrayna, laboratoriya, narkotik, problem
RF MN Baydenin oğlunun ABŞ-ın Ukraynadakı laboratoriyaları ilə əlaqəsindən danışıb
17:26 24.03.2022 (Yenilənib: 18:48 24.03.2022) Rusiya Müdafiə Nazirliyi: Baydenin oğlunun fondu ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının maliyyələşdirilməsində iştirak edib.
BAKI, 24 mart - Sputnik. ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin Rosemont Seneca investisiya fondu Pentaqonun Ukraynadakı hərbi bioloji proqramını maliyyələşdirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov bildirib.
General-leytenant qeyd edib ki, Rusiya hərbçilərinin əldə etdiyi sənədlər ABŞ dövlət qurumları ilə Ukraynanın bioloji obyektləri arasında qarşılıqlı əlaqənin sxemini izləməyə imkan verir.
“Eyni zamanda, fondun (Rosemont Seneca – red.) ABŞ hərbi departamentinin əsas podratçıları, o cümlədən, “Black and Veach” ilə yanaşı bütün dünyada Pentaqonun biolaboratoriyaları üçün avadanlıqların əsas təchizatçısı olan Metabiota ilə sıx əlaqəsi var”, - o əlavə edib.
O, Hanter Baydenin investisiya fondunun ən azı 2,4 milyard dollar resursunun olduğunu vurğulayıb.
2020-ci ilin oktyabr ayında New York Post qəzeti, Delaver ştatında təmir sexində tapılan Hanter Baydenin noutbukunda aşkarlandığı iddia edilən yazışmalara əsaslanan bir neçə məqalə dərc etdi. Sonradan Daily Mail eksklüziv material çap etdi: kompüter mütəxəssisləri Hanter Baydenin məktublarının və fotoşəkillərinin həqiqiliyini təsdiq etdilər, bu da onun narkotik alverində və fahişəliyin təşkilində iştirakını təsdiqləyə bilər. Kiçik Baydenin özü "Gözəl şeylər" adlı xatirə kitabında narkotiklə problemləri haqqında danışıb.
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.