Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada bioloji silahların komponentləri yaradılıb - Rusiya MN

© AP Photo / Damian DovarganesElmi işçi əlində portativ soyuducu ilə
Elmi işçi əlində portativ soyuducu ilə - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Kirillov deyib ki, Qərb mediası və əksər hallarda ikinci vətəndaşlığı ABŞ olan bəzi "bioloqlar" onların dərc etdiyi materialların həqiqiliyinə şübhə ilə yanaşırlar.
BAKI, 17 mart — Sputnik. "Biz hesab edirik ki, bioloji silahların komponentləri Ukrayna ərazisində yaradılıb". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov cümə axşamı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ABŞ və onun NATO blokundakı müttəfiqlərinin Ukrayna ərazisində hərbi bioloji proqramlarının həyata keçirilməsi ilə bağlı Ukrayna laboratoriyalarının əməkdaşlarından daxil olan materialların öyrənilməsini davam etdirir.
"Qərb mediası və əksər hallarda ikinci vətəndaşlığı ABŞ olan bəzi "bioloqlar" bizim dərc etdiyimiz materialların həqiqiliyinə şübhə ilə yanaşırlar. Diqqətinizə çatdırmaq istərdim ki, sənədlərdə həqiqi rəsmi şəxslərin imzaları var və onlar qurumların möhürləri ilə təsdiqlənib", - Kirillov bildirib.
Kirillov daha əvvəl bildirib ki, Ukrayna laboratoriyalarının iştirakı ilə ABŞ və onun NATO-dakı müttəfiqlərinin hərbi bioloji proqramları çərçivəsində quşlardan istifadə edərək xəstəliklərin ötürülməsi, o cümlədən uçuş marşrutları Rusiya üzərindən keçən quş növlərinin müəyyən edilməsi layihəsi yaradılıb.
O qeyd edib ki, bu layihə vəziyyətin gələcək inkişafına nəzarət etməyə imkan vermədiyi üçün ən ehtiyatsız və məsuliyyətsiz layihələrdən biri olub: "Ukraynalı mütəxəssislər ABŞ-ın dəstəyi ilə Rusiyaya infeksiya daşıya bilən köçəri quşların uçuş məsafəsini izləyiblər".
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ankara Rusiya-Ukrayna görüşünü keçirməyə hazırdır - Putin Ərdoğanla danışacaq
Xəbər lenti
0