CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qəhrəman şəhər”dən gətirilən güllər “Nur şəhəri”ni gülüstana çevirir

© Sputnik / Rahim MammadovMingəçevirdə ting bazarında gül satışı
Mingəçevirdə ting bazarında gül satışı - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
Mingəçevir şəhərində ting bazarında alıcılar Tərtərdən gələn ağaclardan çox, gülləri almağa üstünlük verir.
BAKI, 24 mart — Sputnik. Tərtər rayonun adı çəkiləndə ilk olaraq 44 günlük Vətən müharibəsində ən çox mərmi atılan yaşayış məntəqəsi göz önünə gəlir. Ermənistan silahlı qüvvələrinin atdığı müxtəlif növ mərmilər bu rayonun sakinlərini qorxutmadı. Mülki insanlar arasında şəhid olan, yaralananan, evləri dağılanlar çoxluq təşkil etsədə onlar yenədə doğma torpaqlarını tərk etmədilər. Tərtərə saysız hesabsız mərmilər atılsada, buranın sakinləri yenə də öz sevimli məşğuliyyətlərindən əl çəkmədilər. Tingçilik, gülçülük onların həm qazanc mənbəyi, həm də hobbisinə çevrilib.
© Sputnik / Rahim MammadovMingəçevirdə ting bazarında
Mingəçevirdə ting bazarında - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Mingəçevirdə ting bazarında
Tərtər rayonunun əksər kəndlərində tingçilik təsərrüfatlarına rast gəlmək mümkündür. Sputnik Azərbaycan xəbər verir ki, yetişdirilən meyvə ağacları, dekorativ güllər əsasən Goranboy, Bərdə, Mingəçevirdə satışa çıxarılır. “Nur şəhəri” nə ağaclar əsasən yanvar ayından gətirilir. Yaz fəslinə saylı günlər qaldığı vaxtda isə güllər ting bazarını bəzəyir. Uzun illərdir Tərtər rayonun Sarıcalı kəndində becərdikləri tingləri, gülləri Mingəçevirdə satan Əzizə Muradova satışdan narazı deyil. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Ə.Muradova şəhər sakinlərinin ağacdan çox güllərə üstünlük verdiklərini deyib:
© Sputnik / Rahim MammadovƏzizə Muradova
Mingəçevirdə ting bazarında - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Əzizə Muradova
“Qəhrəman Tərtərin Sarıcalı kəndində 30 ildir ailəlikcə tingçiliklə məşğul oluruq. Hər il bütün növdən olan 35-40 min ting, dekorativ güllər yetişdirib bazara çıxarırıq. Satışı əsasən Mingəçevirdə edirik. Yanvar ayından ağacları gətirib, aprelin15-nə qədər satırıq. Şəhər sakinləri hazırda “Qəhrəman rayon”da yetişən güllərə üstünlük verirlər. Onu deyim ki, alıcılar arasında limon, feyxoa, zeytun, naringi həvəskarları da az deyil. Mingəçevirin iqlimi bu sadaladıqlarım üçün uyğun gəlir. Qiymətlərdə elə baha deyil. 1 manatdan 20 manat civarında dəyişir. Bu şəhərdə demək olar ki, hər kəs məni tanıyır. Təklif etdiyimiz ağaclar, güllər də müştərilərin ürəyincə olur”.
© Sputnik / Rahim MammadovMingəçevirdə ting bazarında
Mingəçevirdə ting bazarında - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Mingəçevirdə ting bazarında
Mingəçeviri əbəs yerə "parklar şəhəri" adlandırmırlar. Burada yaşıllıqlar, güllər insanlara xüsusi zövq verir. Tərtərdən gətirlən gül kolları, dekortaiv ağaclar “Nur şəhəri”nin istiarahət məkanlarını da bəzəyir. Həmçinin həyət evlərində yaşayan sakinlər həm meyvə ağacları, həm də gözəllik verən çiçəkləri əkməyə tələsirlər. Şəhər sakini Esmira Hidayətova Sputnik Azərbaycan-a ting bazarından aldığı güllər haqqında danışıb:
“Mən gülləri çox sevirəm, hər dəfə onları qoxulayıb ləzzət alıram. Yaşadığım Mingəçevir şəhərində parklar saysız-hesabsızdır. Hər tərəf gül çiçəklə zəngindir. Amma yuxudan ayılanda dibçəkdə gül görməsəm darıxıram. Ona görə də ting bazarına gəlib, bəyndiyim gülləri alıram. Qiymətlər də baha deyil, dibçəklərdə 5-7 manata normal gül almaq olur. Hər dəfə elə güllər seçirəm ki, həm çiçəkləri fərqli rəngdə olsun, həm də qoxusu. Şəhərdə satılan güllər əsasən Qəhrəman rayonumuz Tərtərdən gətirilir. Bu rayonda yetişən güllər Mingəçeviri gülüstana çevirir”.
© Sputnik / Rahim MammadovMingəçevirdə ting bazarında
Mingəçevirdə ting bazarında - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Mingəçevirdə ting bazarında
İstər meyvə ağacları, istər gül kolları alıcılar tərəfindən alınıb torpağa basdırılmaqala yanaşı ona qulluq da mütləqdir. Vaxtında suvarmaq, münbit torpaqda əkmək, gübrələrdən istifadə bitkilərin daha tez inkişaf etməsinə şərait yaradır. Bir sözlə, bağa baxarsan bağ, baxmazsan dağ olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0