Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Nebenzya Ukrayna ilə bağlı qətnaməni psevdohumanitar adlandırıb

© Sputnik / Brayan Smit / Mediabanka keçidRusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebenzya Baş Assambleyanın Ukrayna ilə bağlı qəbul etdiyi qətnaməni sərt sözlərlə tənqid edib.
BAKI, 24 mart - Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Baş Assambleyada qəbul edilmiş Ukrayna üzrə Qərb ölkələrinin müəllifliyi layihəsini psevdohumanitar qətnamə adlandırıb.
Onun sözlərinə görə, Rusiyanın bu sənədin əleyhinə səs verməsinin səbəbini izah etməyə əsas yoxdur.
"Niyə psevdo - ona görə ki, müəlliflərə bu, sadəcə olaraq, Rusiyanı bir daha pisləmək və üzərimizə müxtəlif etiketlər asmaq, vəziyyətin birtərəfli şərhinə abunə olmağa hazır olanların bir növ çağırışını həyata keçirmək üçün lazım idi", - o vurğulayıb.
Diplomat əlavə edib ki, Baş Assambleya BMT Nizamnaməsinin 11-ci maddəsinin 2-ci bəndinin müddəalarını pozaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına dair göstərişlər verməyə çalışaraq öz səlahiyyətlərindən kənara çıxıb.
“Belə göstərişlər... etibarsızdır və heç bir hüquqi nəticə yaratmır”, - deyə o bildirib.
Nebenzya əlavə edib ki, BMT üzvləri humanitar prinsipləri manipulyasiya etməkdə Qərbin verdiyi dərsi xatırlayacaqlar.
Bir sıra Qərb ölkələri, o cümlədən, ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya Ukrayna ilə bağlı humanitar qətnamə layihəsi hazırlayıblar ki, həmin qətnamədə eyni zamanda siyasi müddəalar da var. Müəlliflər Rusiyanın Ukraynaya hücumunun onilliklər ərzində görünməyən humanitar nəticələrini iddia edərək, Moskvadan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirlər.
Siyasi məqamlarla yanaşı, layihənin mətnində sırf humanitar tezislər də var: mülki əhalinin və mülki infrastrukturun, jurnalistlərin və tibb işçilərinin müdafiəsi tələbləri. Humanitar yardımın təmin edilməsi üçün mülki şəxslərin, o cümlədən əcnəbilərin təhlükəsiz keçidinin təmin edilməsi tələbi var.
BMT Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq, BMT Baş Assambleyasının qətnamələri dövlətə qarşı məcburedici tədbirlər nəzərdə tuta bilməz.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzyadır - Sputnik Azərbaycan, 1920, 23.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Nebenzya: Qərbin Ukrayna ilə bağlı qətnaməsi münaqişənin həllini çətinləşdirəcək
Xəbər lenti
0