Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Nebenzya: Qərbin Ukrayna ilə bağlı qətnaməsi münaqişənin həllini çətinləşdirəcək

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidRF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzyadır
RF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzyadır - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya həyəcan təbili çalıb.
BAKI, 23 mart - Sputnik. Qərb ölkələrinin BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin qəbulu Ukraynadakı vəziyyətin nizamlanmasını çətinləşdirəcək, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Baş Assambleyanın fövqəladə xüsusi sessiyasında bildirib.
O, layihəni daha bir anti-Rusiya sənədi adlandırıb.
“Belə bir ssenari (qətnamənin qəbulu - red.) Ukraynadakı vəziyyətin nizamlanmasını çətinləşdirəcək, çünki bu, çox güman ki, ukraynalı danışıqları aparanları həvəsləndirəcək və onları yerdəki vəziyyətə uyğun olmayan, Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə məcbur edən səbəbləri və mövcud qeyri-real mövqelərini qoruyub saxlamağa sövq edəcək”, - Nebenzya bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Qərb özünün guya “humanitar” qətnamə layihəsini səsverməyə çıxarmaq üçün BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasını bərpa edib.
"Qərbli tərəfdaşlar Ukraynadakı vəziyyətlə bağlı fövqəladə xüsusi sessiyanın bərpasını xahiş ediblər. Hesab edirəm ki, onların Baş Assambleyanın guya humanitar qətnamə layihəsini səsverməyə çıxarmaq üçün bunu etdikləri heç kimə sirr deyil. Səbəb kimi isə humanitar qətnamənin Təhlükəsizlik Şurasında qəbul edilə bilməməsi iddia olunur", - deyə o, BMT-də çıxışı zamanı bildirib.
"Mən sizə bütün məsuliyyətlə demək istəyirəm ki, bizim qərbli həmkarlarımız bu şəkildə hərəkət edirlər. Şuranın humanitar sahələr üçün zəruri olan sənədi qəbul etmək üçün hər cür imkanı var. O, Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq və tamamilə bu cür layihələrə xas olan bütün elementləri özündə ehtiva edir" - Nebenzya izah edib.
Bir sıra Qərb ölkələri, o cümlədən, ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya Ukrayna ilə bağlı humanitar qətnamə layihəsi hazırlayıblar ki, həmin qətnamədə eyni zamanda siyasi müddəalar da var. Müəlliflər Rusiyanın Ukraynaya hücumunun onilliklər ərzində görünməyən humanitar nəticələrini iddia edərək, Moskvadan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirlər.
Siyasi məqamlarla yanaşı, layihənin mətnində sırf humanitar tezislər də var: mülki əhalinin və mülki infrastrukturun, jurnalistlərin və tibb işçilərinin müdafiəsi tələbləri. Humanitar yardımın təmin edilməsi üçün mülki şəxslərin, o cümlədən əcnəbilərin təhlükəsiz keçidinin təmin edilməsi tələbi var.
BMT Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq, BMT Baş Assambleyasının qətnamələri dövlətə qarşı məcburedici tədbirlər nəzərdə tuta bilməz.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 23.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya öz qazını Avropaya rublla satacaq - Putin
Xəbər lenti
0