https://sputnik.az/20220324/goranboydaki-dehsetli-qetlin-teferruatlari-melum-olub-440434133.html
Goranboydakı dəhşətli qətlin təfərrüatları məlum olub
Goranboydakı dəhşətli qətlin təfərrüatları məlum olub
Sputnik Azərbaycan
Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib. 24.03.2022, Sputnik Azərbaycan
2022-03-24T19:28+0400
2022-03-24T19:28+0400
2022-03-24T20:45+0400
hadisə
qətl
goranboy
ər-arvad
fakt
araşdırma
https://cdnn1.img.sputnik.az/img/42419/32/424193246_0:0:2835:1595_1920x0_80_0_0_482fa6933e768f4a6c7e76daca943df5.jpg
BAKI, 24 mart - Sputnik. Goranboyda kişinin həyat yoldaşını "Range Rover" markalı avtomobillə qəsdən vurub, daha sonra bıçaqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.APA-nın məlumatına əsasən, hadisə tərəflər arasında ailə münaqişəsi zamanı baş verib.Məlumata görə, Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayırmış. Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada ərlə arvadın arasında mübahisə düşüb. Nəticədə 37 yaşlı Əfsanə Məmmədova küsərək anasının yaşadığı Dəlməmmədli kəndinə gəlib. Qadın bir neçə gün imiş anası gildə qalırmış. Bu gün isə Mehman Süleymanovla aralarında baş verən mübahisəyə aydınlıq gətirmək üçün qayınanası gilə gəlib. Nəticədə onların arasında mübahisə düşüb. Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi "Range Rover"lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.Qeyd edək ki, hər iki şəxsin bu evlilikdən 3 övladı var. Mehman Süleymanova Əfsanə Məmmədova xala oğlu xala qızı olublar. Hadisəni törədən 45 yaşlı Mehman Süleymanov Polis tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/32/424193246_312:0:2835:1892_1920x0_80_0_0_03e6dc52aff6e7d91e65e9d22cef9ac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, goranboy, ər-arvad, fakt, araşdırma
qətl, goranboy, ər-arvad, fakt, araşdırma
Goranboydakı dəhşətli qətlin təfərrüatları məlum olub
19:28 24.03.2022 (Yenilənib: 20:45 24.03.2022) Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.
BAKI, 24 mart - Sputnik. Goranboyda kişinin həyat yoldaşını "Range Rover" markalı avtomobillə qəsdən vurub, daha sonra bıçaqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
APA-nın məlumatına əsasən, hadisə tərəflər arasında ailə münaqişəsi zamanı baş verib.
Məlumata görə, Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayırmış. Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada ərlə arvadın arasında mübahisə düşüb. Nəticədə 37 yaşlı Əfsanə Məmmədova küsərək anasının yaşadığı Dəlməmmədli kəndinə gəlib. Qadın bir neçə gün imiş anası gildə qalırmış. Bu gün isə Mehman Süleymanovla aralarında baş verən mübahisəyə aydınlıq gətirmək üçün qayınanası gilə gəlib. Nəticədə onların arasında mübahisə düşüb. Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi "Range Rover"lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.
Qadın ətrafdakıların köməkliyi ilə Gəncə yerləşən xəstəxanaların birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hər iki şəxsin bu evlilikdən 3 övladı var. Mehman Süleymanova Əfsanə Məmmədova xala oğlu xala qızı olublar. Hadisəni törədən 45 yaşlı Mehman Süleymanov Polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.