https://sputnik.az/20220323/zaxarova-ukraynanin-parcalanacagi-barede-xeberdarliq-etmisdik-440403261.html
Zaxarova: Ukraynanın parçalanacağı barədə xəbərdarlıq etmişdik
Zaxarova: Ukraynanın parçalanacağı barədə xəbərdarlıq etmişdik
Sputnik Azərbaycan
Mariya Zaxarova bildirib ki, Rusiya Kiyevə balanslaşdırılmış daxili siyasət olmadığı təqdirdə Ukraynanın parçalanacağı barədə xəbərdarlıq edilib və bu, real... 23.03.2022, Sputnik Azərbaycan
2022-03-23T17:01+0400
2022-03-23T17:01+0400
2022-03-23T19:46+0400
mariya zaxarova
rusiya
rusiya xin
macarıstan
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_0:0:3089:1737_1920x0_80_0_0_943c9aacec60be0bf8157d04dcacbbeb.jpg
BAKI, 23 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna bildirib ki, qəzəbli anti-Rusiya ritorikasında Kiyevdən təəccüblü ittihamlar var. "Biz beynəlxalq ictimaiyyətdən bir növ qeyri-insani ritorika, yalanların, saxtakarlıqların, ittihamların və görünür onilliklər ərzində yığılan rusofobiyanın əsl kokteylini eşidirik. İttihamlar, Rusiyanı hər yerdən çıxarmaq tələbləri bütün cəbhələr üzrə gedir. Burada təkcə sanksiyalar tətbiq etmək deyil, həm də təsəvvür edilməsi belə mümkün olmayan məhdudiyyətlər qoymaq istəyi var. Bu, yolunda olan hər şeyi məhv etmək üçün bir növ ehtiyacdır. Amma təəccüblənəcək bir şey gözləmədiyimizə baxmayaraq, təəccübləndirən ifadələr var", Zaxarova deyib. Nümunə kimi diplomat Ukraynanın baş nazirinin müavini İrina Vereşçukun Macarıstanı rusiyapərəst olmaqda və “Ukrayna Zakarpatiyasını almaq” istəməsində ittiham edən bəyanatını göstərib."Mənim bircə sualım var: 2022-ci ilə qədər bütün Ukrayna rəhbərliyi, siyasətçiləri, ekspertləri harada idilər, başa düşmürdülərmi? Özləri başa düşmürdüsə, Rusiya tərəfinin, rusiyalı ekspertlərin onlara nə dediyini eşidə bilərdilər. Düzdür, onları fəal surətdə qadağan edirdilər, görünür, eşitməmək üçün. Amma biz deyirdik ki, Avropa təcrübəsinin ən yaxşı və ya ən azı standart nümunələri üzərində qurulmuş balanslaşdırılmış daxili siyasət olmasa, Ukrayna dağılacaq. Və bunlar ən real ssenarilər idi”, - Mariya Zaxarova bildirib. Bu halda söhbət mürəkkəb yaranma tarixinə malik çoxmillətli dövlətdən gedir, deyə o, sözlərinə davam edib. "Milli siyasət ölkə daxilində həm dil, həm mədəniyyət, həm dinlər istiqamətində proqramlar, hərəkətlər və gündəmin formalaşmasını nəzərdə tutur və bütün bunlar ictimai həyatla bağlıdır. Belə genişmiqyaslı planlaşdırma olmasa, Ukrayna dağılacaq. Ancaq Ukrayna hakimiyyət orqanlarından bunun təbliğat olduğunu eşidirdik: "Bu gün başqa bir hekayə başlayır: niyə axı, bəs nə etməli? Amma biz bu barədə uzun illərdir danışırıq və bu, təkcə rus dilinə aid deyil. Macarıstan da bu barədə deyirdi", - diplomat vurğulayıb.Milli azlıqların dillərində təhsil imkanlarını əhəmiyyətli dərəcədə azaldan təhsil haqqında qanun 2017-ci ildə Ukraynada qəbul edilib. Bunun fonunda Ukrayna ilə Macarıstan arasında münasibətlər gərginləşib. Budapeşt dəfələrlə Kiyevə diqqət çəkib ki, Ukraynada macar icmasının hüquqlarına riayət olunması problemi həll olunmamış qalır.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220323/aleksandr-novakdan-avropaya-novbeti-xeberdarliq-440402619.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_74:0:2805:2048_1920x0_80_0_0_3af91e9ab3660abcf22caf4962328725.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xin, macarıstan, rusiya, ukrayna
mariya zaxarova, rusiya xin, macarıstan, rusiya, ukrayna
Zaxarova: Ukraynanın parçalanacağı barədə xəbərdarlıq etmişdik
17:01 23.03.2022 (Yenilənib: 19:46 23.03.2022) Mariya Zaxarova bildirib ki, Rusiya Kiyevə balanslaşdırılmış daxili siyasət olmadığı təqdirdə Ukraynanın parçalanacağı barədə xəbərdarlıq edilib və bu, real ssenaridir.
BAKI, 23 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna bildirib ki, qəzəbli anti-Rusiya ritorikasında Kiyevdən təəccüblü ittihamlar var.
"Biz beynəlxalq ictimaiyyətdən bir növ qeyri-insani ritorika, yalanların, saxtakarlıqların, ittihamların və görünür onilliklər ərzində yığılan rusofobiyanın əsl kokteylini eşidirik. İttihamlar, Rusiyanı hər yerdən çıxarmaq tələbləri bütün cəbhələr üzrə gedir. Burada təkcə sanksiyalar tətbiq etmək deyil, həm də təsəvvür edilməsi belə mümkün olmayan məhdudiyyətlər qoymaq istəyi var. Bu, yolunda olan hər şeyi məhv etmək üçün bir növ ehtiyacdır. Amma təəccüblənəcək bir şey gözləmədiyimizə baxmayaraq, təəccübləndirən ifadələr var", Zaxarova deyib.
Nümunə kimi diplomat Ukraynanın baş nazirinin müavini İrina Vereşçukun Macarıstanı rusiyapərəst olmaqda və “Ukrayna Zakarpatiyasını almaq” istəməsində ittiham edən bəyanatını göstərib.
"Mənim bircə sualım var: 2022-ci ilə qədər bütün Ukrayna rəhbərliyi, siyasətçiləri, ekspertləri harada idilər, başa düşmürdülərmi? Özləri başa düşmürdüsə, Rusiya tərəfinin, rusiyalı ekspertlərin onlara nə dediyini eşidə bilərdilər. Düzdür, onları fəal surətdə qadağan edirdilər, görünür, eşitməmək üçün. Amma biz deyirdik ki, Avropa təcrübəsinin ən yaxşı və ya ən azı standart nümunələri üzərində qurulmuş balanslaşdırılmış daxili siyasət olmasa, Ukrayna dağılacaq. Və bunlar ən real ssenarilər idi”, - Mariya Zaxarova bildirib.
Bu halda söhbət mürəkkəb yaranma tarixinə malik çoxmillətli dövlətdən gedir, deyə o, sözlərinə davam edib.
"Milli siyasət ölkə daxilində həm dil, həm mədəniyyət, həm dinlər istiqamətində proqramlar, hərəkətlər və gündəmin formalaşmasını nəzərdə tutur və bütün bunlar ictimai həyatla bağlıdır. Belə genişmiqyaslı planlaşdırma olmasa, Ukrayna dağılacaq. Ancaq Ukrayna hakimiyyət orqanlarından bunun təbliğat olduğunu eşidirdik: "Bu gün başqa bir hekayə başlayır: niyə axı, bəs nə etməli? Amma biz bu barədə uzun illərdir danışırıq və bu, təkcə rus dilinə aid deyil. Macarıstan da bu barədə deyirdi", - diplomat vurğulayıb.
Milli azlıqların dillərində təhsil imkanlarını əhəmiyyətli dərəcədə azaldan təhsil haqqında qanun 2017-ci ildə Ukraynada qəbul edilib. Bunun fonunda Ukrayna ilə Macarıstan arasında münasibətlər gərginləşib. Budapeşt dəfələrlə Kiyevə diqqət çəkib ki, Ukraynada macar icmasının hüquqlarına riayət olunması problemi həll olunmamış qalır.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.