Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aleksandr Novakdan Avropaya növbəti xəbərdarlıq

© REUTERS / EDGARD GARRIDOQaz xətti
Qaz xətti - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Novakın sözlərinə görə, "Şimal axını-2"nin istismara verilməsinə qadağa tamamilə absurddur və enerji balansının yanlış anlaşılmasıdır.
BAKI, 23 mart - Sputnik. Rusiya heç vaxt enerji resurslarından silah kimi istifadə etməyib və hətta indi də bütün öhdəliklərə uyğun olaraq Ukrayna da daxil olmaqla, Avropaya qaz tədarük edir. Bunu Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak Dövlət Dumasında "Rusiya Federasiyasının yanacaq-energetika kompleksinin inkişafının aktual problemləri haqqında" mövzusu ilə bağlı hökumət saatında deyib.
"Rusiya enerji resurslarından heç vaxt silah kimi istifadə etməyib. Uzun onilliklər ərzində biz dünya bazarlarının etibarlı təchizatçısı olmuşuq. İndi də ən çətin geosiyasi vəziyyətə baxmayaraq, biz sifariş və müqavilələrə uyğun olaraq Avropa istehlakçılarına qazı Ukrayna qaz ötürmə sistemi ilə 2024-cü ilə qədər olan müqaviləyə əsasən tədarük etməkdə davam edirik", Novak deyib.

"Şimal axını 2" absurdu

“Şimal axını 2”dən öz zərərinə imtina edən Avropa İttifaqında qazın qiyməti min kubmetr üçün 4000 dollara çatdı ki, bu da son hədd deyil, çünki yeraltı qaz anbarlarının (YQA) doldurulmaması riskləri, qazın çıxarılmasına qadağalar var. Qaz kəmərinin işə salınmaması absurddur və enerji balansının düzgün başa düşülmədiyini göstərir", deyə baş nazirin müavini Aleksandr Novak bildirib.
“Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, qiymət artımının və enerji resurslarının qıtlığının müşahidə olunduğu Aİ-də ABŞ-ın təzyiqi ilə onlar artıq tikilmiş “Şimal axını 2” qaz kəmərini istismara verməkdən imtina ediblər. Nəticədə, son bir ildə Avropada elektrik enerjisinin qiyməti 10 dəfə, qazın qiyməti isə 5 dəfə artıb”, - o, Dövlət Dumasında "Rusiya Federasiyasının yanacaq-energetika kompleksinin inkişafının aktual problemləri haqqında" mövzusunda keçirilən hökumət saatında deyib.
"Və neft məhsullarının qiyməti, məsələn, Almaniyada, 40%-ə qədər artıb. Qazın qiyməti bəzi məqamlarda... min kubmetr üçün 4000 dollara çatıb. Və bu, əslində son hədd deyil", baş nazirin müavini sözlərinə davam edib.
Novak əlavə edib ki, hazırda yeraltı qaz anbarlarında qazın həcmi ötən il 30,6% olduğu halda, 26% təşkil edir: "Əgər keçən il Avropa yayda YQA obyektlərinə kifayət qədər qaz vura bilmədisə, bu il YQA obyektlərini doldurmamaq riskləri daha da yüksəkdir".
"Şimal axını 2"nin istismara verilməsinə qadağa tamamilə absurddur və enerji balansının yanlış anlaşılmasıdır. Mən artıq xəbərdarlıq etmişəm ki, avropalı istehlakçılar daha da böyük qiymət artımları ilə üzləşəcəklər. Bir daha vurğulamaq istəyirəm ki, avropalı məsul şəxslərin tam səriştəsizliyi, düşünülməmiş siyasəti və strateji planlaşdırmanın olmaması bu problemə gətirib. ABŞ-la olduğu kimi Rusiyanın bu vəziyyətlə də heç bir əlaqəsi yoxdur və enerji təchizatının azalmasına heç bir töhfə verməyib”, - deyə Novak əlavə edib.

Avropada yanacaq çatışmazlığı

"Rusiyaya qarşı sanksiyalar dizel yanacağı qıtlığına səbəb ola bilər və Avropa hakimiyyətini yanacaq sərfiyyatı normalarını tətbiq etməyə məcbur edə bilər", Aleksandr Novak deyib.
“Rusiyaya qarşı sanksiyalara görə Qərb ölkələri motor yanacağının istehlakını məhdudlaşdırmaq və ya norma tətbiq etmək məcburiyyətində qala bilər”, - Baş nazirin müavini Dövlət Dumasındakı hökumət saatında bildirib.
"Avropada dizel ehtiyatları 2008-ci ildən bəri ən aşağı səviyyədədir, son beş ildəki orta göstəricidən 8% aşağıdır. Pandemiyadan sonra yük və sərnişin daşımalarının bərpası səbəbindən artan tələbat fonunda dizel yanacağı çatışmazlığı güclü sabitliyi pozan amil ola bilər”, o izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Корабль принимающий участие в международном конкурсе по морской выучке Кубок моря-2017, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Xəzər dənizindən atılan raket zərbəsi ilə Ukraynadakı yanacaq anbarı məhv edilib
Xəbər lenti
0