https://sputnik.az/20220323/sud-vezi-xercenginin-qarsisini-nece-almaq-olar-439975781.html
Süd vəzi xərçənginin qarşısını necə almaq olar?
Süd vəzi xərçənginin qarşısını necə almaq olar?
Sputnik Azərbaycan
Süd vəzi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Statistikaya görə hər 8 qadından birinin həyatının müəyyən dövründə döş xərçənginə... 23.03.2022, Sputnik Azərbaycan
2022-03-23T07:53+0400
2022-03-23T07:53+0400
2022-03-23T07:53+0400
xərçəng
səhiyyə
süd vəzi xərçəngi
klinika
ağciyər xərçəngi
https://cdnn1.img.sputnik.az/img/42127/51/421275142_0:0:3072:1728_1920x0_80_0_0_851bfcc5815f055718b10cc70c0528ff.jpg
BAKI, 23 mart — Sputnik. Dünyada, o cümlədən Azərbaycanda hər 8 qadından birində süd vəzi xərçənginə rast gəlinir. Son dövrlərdə erkən diaqnostikanın aparılmasına nail olmuşuq. Burada maariflənmə işləri, televiziya proqramları, sosial media böyük rol oynayır.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim, mammoloq-radioloqu Günel Qəmbərova deyib.Onun sözlərinə görə, aparılan işlərin nəticəsidir ki, otuz beş yaşdan yuxarı qadınlar özləri skrinninq-mammoqrafiya müayinəsinə gəlirlər. Otuz beş yaşadək qadınlar isə ən azı bir mammoloq konsultasiyasından, ultrasəs müayinədən keçirlər. Bu da həkimlərə xəstəliyə erkən diaqnostikanın qoyulmasına kömək edir.Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Bu xərçəng növü ağciyər xərçəngindən sonra, dünya daxilində görülmə sıxlığı ən yüksək olan xərçəng növüdür. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun kombinasiyasından ibarətdir. Ayrıca xərçəng immunterapiyası sahəsindən yeni yanaşmalar monoklonal anticisimlərlə də (Trastuzumab və ya Pertuzumab tətbiqi kimi) mümkündür. Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması və strukturlaşdırılmış müalicə üçün saysız milli və beynəlxalq proqramlar gələcəkdə ölüm hallarının azalması məqsədini daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42127/51/421275142_341:0:3072:2048_1920x0_80_0_0_fda5246b3cd26fa1c63785c927712a79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, süd vəzi xərçəngi, klinika, ağciyər xərçəngi
xərçəng, süd vəzi xərçəngi, klinika, ağciyər xərçəngi
Süd vəzi xərçənginin qarşısını necə almaq olar?
Süd vəzi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Statistikaya görə hər 8 qadından birinin həyatının müəyyən dövründə döş xərçənginə yaxalanıb
BAKI, 23 mart — Sputnik. Dünyada, o cümlədən Azərbaycanda hər 8 qadından birində süd vəzi xərçənginə rast gəlinir. Son dövrlərdə erkən diaqnostikanın aparılmasına nail olmuşuq. Burada maariflənmə işləri, televiziya proqramları, sosial media böyük rol oynayır.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim, mammoloq-radioloqu Günel Qəmbərova deyib.
Onun sözlərinə görə, aparılan işlərin nəticəsidir ki, otuz beş yaşdan yuxarı qadınlar özləri skrinninq-mammoqrafiya müayinəsinə gəlirlər. Otuz beş yaşadək qadınlar isə ən azı bir mammoloq konsultasiyasından, ultrasəs müayinədən keçirlər. Bu da həkimlərə xəstəliyə erkən diaqnostikanın qoyulmasına kömək edir.
Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Bu xərçəng növü ağciyər xərçəngindən sonra, dünya daxilində görülmə sıxlığı ən yüksək olan xərçəng növüdür. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir.
Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun kombinasiyasından ibarətdir. Ayrıca xərçəng immunterapiyası sahəsindən yeni yanaşmalar monoklonal anticisimlərlə də (Trastuzumab və ya Pertuzumab tətbiqi kimi) mümkündür. Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması və strukturlaşdırılmış müalicə üçün saysız milli və beynəlxalq proqramlar gələcəkdə ölüm hallarının azalması məqsədini daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.