Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya öz qazını Avropaya rublla satacaq - Putin

© Sputnik / Александр Вильф / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Prezident Mərkəzi Banka və Nazirlər Kabinetinə bir həftə ərzində Avropa ilə rublla əməliyyatların aparılması qaydasını müəyyən etməyi tapşırıb.
BAKI, 23 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkə öz nüfuzuna dəyər verdiyi üçün Rusiya əvvəlki müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə qaz tədarükünü davam etdirəcək.
RF lideri deyiи ki, Rusiya artıq qazı rublla tədarük edəcək. Prezident Mərkəzi Banka və Nazirlər Kabinetinə bir həftə ərzində Avropa ilə rublla əməliyyatların aparılması qaydasını müəyyən etməyi tapşırıb.
“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.
Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.
"Ayrıca vurğulamaq istərdim ki, Rusiya təbii qazın həcminə və qiymətlərinə, əvvəllər bağlanmış müqavilələrdə müəyyən edilmiş qiymət prinsiplərinə uyğun olaraq tədarükünü mütləq davam etdirəcək. Bəzi həmkarlarımızdan fərqli olaraq, biz etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk", o deyib.
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Rusiya hökumətinin üzvləri ilə görüşündə bildirib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin dondurulması ilə bağlı qeyri-qanuni qərarlar verməklə öz milli valyutalarına inamı aradan qaldırıblar.
“Son bir neçə həftə ərzində, bildiyiniz kimi, bir sıra Qərb ölkələri Rusiyanın aktivlərinin dondurulması ilə bağlı qeyri-qanuni qərarlar qəbul ediblər. Bu addımlar, bu valyutalara olan inamı aradan qaldırıb: "Həm Amerika Birləşmiş Ştatları, həm də Aİ, prinsipcə, Rusiya qarşısında öhdəliklərini real olaraq defolt elan etdilər. İndi dünyada hamı bilir, onsuz da şübhələnirdilər, indi isə hamı bilir ki, dollar və avro üzrə öhdəliklər yerinə yetirilməyə bilər”.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 19.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Qərbin məğlubiyyətini qeyd etdi
Xəbər lenti
0