Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Qərbin məğlubiyyətini qeyd etdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Prezidentin Qərb ölkələrinin vətəndaşlarına müraciətini dərc etməyə də heç kim risk etməyib, hərçənd, oradakı əhalinin bu müraciətlə tanış olmasına dəyərdi.
Viktoriya Nikiforova, RİA Novosti
Rusiya Federasiyasının ali vəzifəli şəxslərinin iştirakı ilə martın 16-da təşkil olunan, maraqlı və sanki, sırf daxili tədbir —regionların social-iqtisadi dəstəklənməsi tədbirləri haqqında müşavirə - gözlənilmədən dünya media gündəmini zəbt etdi. Buna səbəb prezident Putinin nitqi oldu. Onu İnformasiya Agentlikləri xəbər kimi verir, qəzetlər xəbər kimi dəfələrlə dərc edir, hətta düşmən YouTube-da yerləşdirdilər. İnternet tərcüməçilərinin köməyi ilə onu bütün dünyada sadə insanlar oxuyur və dinləyirdilər.
Rusiya hazırda elə bir qulaqbatırıcı informasiya atəşi altında yaşayır, bütün Qərb mediası bizi elə bir atəşə tutur ki, bəzən düşünürük - sanki, bu blokadadan başqa heç nə yoxdur. Amma əslində heç də belə deyil. Dünyada milyardlarla insan anqlo-sakson "nüfuzlu" medianın nəfəsinin yalandan gedib-gəldiyi kimi, yalan danışdığını da çoxdan dərk edib.
Ukrayna məsələsində bu yalanın miqyası hətta bu həyatda artıq çox şeylərə öyrəşmiş qərbliləri belə heyrətə salır. Və onlar həqiqəti axtarırlar. Rusiya prezidentinin və Qərb elitasının nitqini müzakirə etməyə özünəməxsus maraq var idi. Bu gün Rusiya onların total: siyasi, maliyyə, sanksiyalar müharibəsi üçün əsl poliqondur. Strategiyaların necə işlədiyinə və ümumiyyətlə işləyib-işləmədiyinə baxmaq lazımdır axı.
Britaniyanın "Financial Times" qəzeti "Rusiyanın Qərb tərəfindən cəzalandırılmasının" ağır nəticələrindən həzz alır - onlar bizim pulumuzun oğurlanmasını belə adlandırırlar - və Putinin "bu böhranın Rusiya iqtisadiyyatında dərin struktur dəyişikliklərinə səbəb olacağını, bunun heç də sadə olmayacağını, inflyasiyanın və işsizliyin müvəqqəti artımına gətirib çıxaracağı" fikrini sitat gətirirlər.
Bu ehtimalı bizim diplomatımızın pis iyə malik pendirlə müqayısə etdiyi - bu, çox uğurlu bir müqayisədir - Bloomberg agentliyi məmnuniyyətlə qeyd edir. Amma hər iki nəşr Rusiya prezidentinin ölkənin Qərbdən asılılıqdan azad olmaqla qazanacağına inamını qeyd etməyə məcburdur.
Qərb mediası iqtisadi müharibənin həqiqətən uğursuz alındığını etiraf edir. Ancaq məhz Qərb özü iqtisadiyyatımıza təsir edə biləcək o dəstəkləri məhv etdiyi üçün bu meydanda uzun müddət oynamaq mümkün deyil.
Təbii ki, Qərb KİV-lərinin heç biri Putinin əslində, onların öz ölkələrində hazırda öz müflisləşmə və böhranlarını yaşamaları, dolların ehtiyat valyutası ola bilməməsi, sözdə birinci sinif aktivlərin isə istənilən vaxt oğurlana biləcəyi üçün tamamilə təhlükəyə məruz qalması barədə düşüncələrini sitat gətirməyə cəsarət etmədilər. Qərb ölkələrinin siyasətdə və iqtisadiyyatda hökmranlığına son qoyulduğu haqda fikirlərə də qadağa qoyulub.
Prezidentin Qərb ölkələrinin vətəndaşlarına müraciətini dərc etməyə də heç kim risk etməyib, hərçənd, oradakı əhalinin bu müraciətlə tanış olmasına dəyərdi.
"Onlar indi sizi israrla inandırmağa çalışırlar ki, sizin bütün çətinlikləriniz Rusiyanın hansısa düşmənçilik fəaliyyətinin nəticəsidir, mifik Rusiya təhlükəsi ilə mübarizə üçün pul kisənizdən pul ödəməlisiniz. – Putin müraciətində belə deyirdi. - Bütün bunlar yalandır. Həqiqət isə ondan ibarətdir ki, Qərbdə milyonlarla insanın üzləşdiyi cari problemlər onların hakim elitasının uzun illər ərzində həyata keçirdiyi hərəkətlərin, onların səhvlərinin, uzağı görə bilməmələrinin və ambisiyalarının nəticəsidir". Bunu Qərbdə necə çap etmək olar?
Əvəzində, bütün Qərb mediası diqqətini "Mayami və Fransız Rivyerasındakı villalar"a, "satqınlara və pisliklərə" yönəltdi. Bu parlaq fraqmenti, demək olar ki, bütün mətbuat başlıqlarda sitat gətirdi. Təbii ki, bu üslubu yaddaqalandır. Bəs nə üçün məhz bu mövzu Qərb kontragentlərimiz üçün ağrı nöqtəsinə çevrildi?
Belə görünür ki, onlar, əslində, Putinin elitalarının kütləni yoxsulluğa sürüklədiyi və dünyanın ehtiyat valyutalara inamını sarsıtdığı haqda dediyi sözlər üzərində düşünməli idilər. Bu, əslində Qərb dövlətləri üçün həyatda qalmaq məsələsidir. Amma xeyr, hamının fikri "satqınlar və pisliklər" üzərində cəmləşdi. Bəziləri hətta bu fraqmenti ayrıca olaraq YouTube-da yerləşdirdilər. Bu, hətta Amerikanın sırf müdafiə məqsədi daşıyan internet nəşri Military.com tərəfindən də ətraflı müzakirə edildi.
Məsələ burasındadır ki, Putin Rusiya kimi böyük və mürəkkəb ölkələr üçün uzunmüddətli, onilliklər boyu davam edən, son dərəcə amerikapərəst orta təbəqəni yetişdirməkdən ibarət olan strategiyası olan Qərbin məğlubiyyətini qeyd etdi. Və sonra, bu orta təbəqəyə güvənərək, nəzarət edilən ərazidə biyyətlərini həyata keçirmək kimi məsələlər: üsyanlar, meydan hərəkatları, vətəndaş müharibələri.
Bu strategiya Avropada çox yaxşı işləyirdi. Amerika cazına və kinosuna aludə olan fransız tələbələrin De Qolu necə yıxdıqlarını xatırlayırsınız? Sonra o, sunami kimi Şərqi Avropaya keçdi, demək olar ki, Belarus istisna olmaqla – bütün postsovet məkanını yenidən format etdi. Ancaq Rusiyada birdən-birə uğursuzluğa düçar oldu.
İş ya ölkənin həm coğrafi, həm də tarixi baxımdan miqyasında, ya da rus xalqının əbədi skeptisizmində və sağlam düşüncəsindədir. Amma nə olursa olsun, Amerikanın ölkəmizdəki təsiri kifayət qədər səthi oldu. Xeyr, təbii ki, insanlar McDonalds-a gedib Hollivud filmlərinə baxırdılar, amma indi bütün bunların ləğvi bir neçə şəhər dəlisindən başqa, demək olar ki, heç kimin faciəsinə çevrilməyib.
Ruslar sovet mətbuatını necə ki, böyük şübhə ilə oxuyur, həmişə sətirlər arasında nəsə axtarırdılarsa, bu gün də nə qədər azğınlaşsa da, Qərb təbliğatına qarşı eyni sağlam immuniteti nümayiş etdirirlər. Bir var Amerika ayaqqabısı və rep, bir də var - bunun üçün ölkənizi təhvil verməyi təklif edirlər. İdman ayaqqabılarını suverenliyə dəyişdirmək üçün axmaqlar yoxdur.
Əgər nə vaxtsa Qərblə bağlı xülyalar olubsa da, son iki həftə ərzində o özü onları yerlə yeksan edib. Əgər indi vətəndaşlarımızın ABŞ və Avropadakı yığımlarını və evlərini əllərindən alırlarsa, əgər özlərini işdən, övladlarını məktəblərdən çıxarırlarsa, onda ölkə az da olsa zəifləsə, onlarla nə edəcəklər? İkiqat əziyyət çəkməmək üçün, sadəcə məhv etməyəcəklərmi?
Bizim ağıllı, təhsilli, oddan-sudan keçmiş və Qərb standartlarına uyğun olmayan orta sinif əksər hallarda bədnam beşinci sütunu dəstəkləmir. Bu gün bunu hamı görür. Və bu, Qərb kontragentlərinin elə bir kobud səhvidir ki, onlar nə edəcəklərini bilmirlər.
Ona görə Putinin sakit sözlərini bir növ "repressiya" kimi qəbul edərək, kobud və sadəlövh şəkildə məsələni kəskinləşdirməyə çalışırlar. "Qərb və oliqarxlar üçün qandondurucu xəbərdarlıq", — "Daily Mail" aranı qızışdırır. Kanadalı CBC yazır:" Putin xəyanətkarın axtarışında". "Putin qərbpərəst rusiyalılara hücum edir, bu, repressiyaların yaxınlaşdığını göstərir", — "Nyu York Times" qəzeti səylə yazır.
Aman Allahım. Söhbət yalnız ondan gedirdi ki, ayrı-ayrı qərbyönlü vətəndaşlar onların rifahı üçün təhlükənin elə ilk siqnalında şalvarlarını belə itirərək, Rusiyadan qaçıblar. Sonra, təxmin etdiyiniz kimi, onlar bizə yenidən yaxşı nələr üçünsə geri qayıdacaqlar. Amma ölkədəki ictimai rəy daha onlara o qədər də əl verməyəcək. Cəmiyyətin özünütəmizləməsi, onun mentalitetinin, mədəni meydanının özünütəmizləməsi baş verəcək. Vəssalam.
Əslində, kollektiv Qərb orta sinfin qərbləşməsi strategiyası ilə artıq epik şəkildə iflasa uğrayıb. Bu, Çində işləmədi, baxmayaraq ki, ora burjuaziyanın son həddə qədər amerikanlaşdığı yerdir. Dəbli geyim və iPhone-lar üçün növbələr, Qərb tendensiyalarının qarşısıalınmaz təqibi , pul və birjada oyun üçün ehtiras - bəli, "Jenmin Jibao" bu barədə yazmaq istəmir, lakin bütün bunlar Çin orta sinifidir. Bununla belə, o, ölkəsini məhv etməyə sövq edilə bilməz. Nə qədər çalışsalar da! Onilliklər boyu: Tyananmendən "Çətir İnqilabına" qədər.
Çox səciyyəvidir ki, bu gün Çinli kütlələr Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını bəyənirlər. Asiya, Afrika və Cənubi Amerikada hadisələri çox böyük maraqla izləyirlər. Ölkəmiz xalqlara neokolonialist Qərb modelindən uğurlu çıxış nümunəsi göstərir. Bu, bir tərəfdən, bütün vasitələrlə, hərbçilər də daxil olmaqla, Qərbə qarşı cəsarətli mübarizədir. Digər tərəfdən, yeni həyatın, yeni iqtisadi modelin, yeni dünya nizamının ağıllı, əzmkar şəkildə qurulmasıdır. "Qərb ölkələrinin siyasətdə və iqtisadiyyatda qlobal hökmranlığının" əbədi olaraq sona çatdığı bir dünya nizamı.
Xəbər lenti
0