https://sputnik.az/20220323/olke-erazisinde-yagintili-hava-seraiti-davam-edecek-440400831.html
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
Sputnik Azərbaycan
Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib. 23.03.2022, Sputnik Azərbaycan
2022-03-23T14:17+0400
2022-03-23T14:17+0400
2022-03-23T14:29+0400
hadisə
yağış
umayra tağıyeva
yağıntı
sulu qar
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479627_0:320:3073:2048_1920x0_80_0_0_c890548fec3cb103f869078a3a01166a.jpg
BAKI, 23 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur. Bunu Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.Onun sözlərinə görə, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək. Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220322/azerbaycanda-11-derece-saxta-qeyde-alinib---faktk-hava-440375698.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479627_0:0:2731:2048_1920x0_80_0_0_49eaf3d381bebb3322de2236a4e0ca23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yağış, umayra tağıyeva, yağıntı, sulu qar
yağış, umayra tağıyeva, yağıntı, sulu qar
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
14:17 23.03.2022 (Yenilənib: 14:29 23.03.2022) Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.
BAKI, 23 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur. Bunu Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.