Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xəzər dənizindən atılan raket zərbəsi ilə Ukraynadakı yanacaq anbarı məhv edilib

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidКорабль принимающий участие в международном конкурсе по морской выучке "Кубок моря-2017", фото из архива
Корабль принимающий участие в международном конкурсе по морской выучке Кубок моря-2017, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı məhv edilən obyektlər, silahlar və canlı qüvvə ilə bağlı məlumat yayıb.
BAKI, 20 mart - Sputnik. Rusiya silahlı qüvvələri ötən gecə Ukraynada 62 hərbi obyekti məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri 207 pilotsuz uçan aparatı, 1467 tankı və 148 reaktiv yaylım atəşi sistemini məhv edib.
"Rusiya hərbçiləri Xəzər dənizindən “Kalibr” qanadlı raketləri və Krım hava məkanından “Kinjal” hipersəsli raketləri ilə Ukraynanın Nikolayev vilayətində iri yanacaq-sürtkü materialları anbarına zərbə endirib. Bundan başqa, Qara dənizdən “Kalibr” qanadlı raketləri ilə Ukraynaya məxsus zirehli texnikaları təmir olunduğu Nijın təmir zavoduna zərbə endirilib", - deyə RF MN-nin rəsmi nümayəndəsi bildirib.
Müdafiə Nazirliyinin sözçüsü onu da qeyd edib ki, Rusiyanın Jitomir vilayətində Ukrayna xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzinə endirdiyi dəqiq zərbə nəticəsində 100-dən çox ukraynalı hərbçi və əcnəbi muzdlu ölüb.
Bu arada Rusiya MN yüksək dəqiqlikli silahların Ukrayna hərbi obyektlrinə qarşı istifadəsi barədə məlumat yayıb. Qeyd olunur ki, Qara dənizdən “Kalibr” qanadlı raketlərlə zirehli texnika təmiri sexləri məhv edilib.

Xəzər dənizindən raket zərbəsi ilə Nikolayev vilayətində yanacaq anbarı məhv edilib.

Həmçinin Krımın hava məkanından “Kinjal” sistemləri ilə daha bir yanacaq bazası vurulub.

Xarici muzdluların yerləşdiyi xüsusi təyinatlıların hazırlıq mərkəzinə yüksək dəqiqlikli raketlərlə zərbə endirilib. Jitomir vilayətində 100-dən artıq muzdlu və xüsusi təyinatlı məhv edilib.
Xəbər lenti
0