Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: "Rusiya Yaponiya ilə Kuril adalarına görə konsensus əldə edə bilməzdi"

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidДмитрий Медведев, фото из архива
Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.03.2022
Abunə olmaq
Medvedev qeyd edib ki, danışıqlar öz mənasını itirib, çünki Yaponiya ABŞ-ın ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sənədin mətnini kiminlə razılaşdıracağını nümayiş etdirib.
BAKI, 22 mart - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiya ilə sülh müqaviləsinin müzakirəsindən imtinanı Kuril adalarının taleyi kontekstində “tarixi əsaslandırılmış, vaxtı keçmiş və ədalətli” adlandırıb.
APA-nın xəbərinə görə, bu barədə Medvedev öz “Telegram” kanalında yazıb.
O, həmçinin qeyd edib ki, Rusiya Yaponiya ilə ada mövzusunda heç vaxt konsensus əldə edə bilməzdi.
"Rusiya Yaponiya ilə sülh müqaviləsini müzakirə etməkdən imtina etdi. Kuril adalarının taleyi kontekstində bu qərar tarixən haqlıdır, vaxtı keçmiş və ədalətlidir. Aydındır ki, biz yaponlarla ada məsələsində heç vaxt konsensus əldə edə bilməzdik. Bunu əvvəllər həm biz, həm də onlar başa düşürdülər. Deməli, Kuril adaları üzrə danışıqlar həmişə ritual xarakter daşıyıb. Rusiya Konstitusiyasının yeni redaksiyasında birbaşa qeyd olunub ki, ölkəmizin əraziləri özgəninkiləşdirilə bilməz. Məsələ bağlanıb", – deyə Medvedev yazıb.
Medvedev qeyd edib ki, danışıqlar öz mənasını itirib, çünki Yaponiya ABŞ-ın ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sənədin mətnini kiminlə razılaşdıracağını nümayiş etdirib.
"Yaponların özləri də ABŞ-ın ardınca "qürurlu müstəqil samuray" olduqlarını göstərərək bizə qarşı sanksiyalar tətbiq etdilər və bu, nəhayət kiminlə sülh müqaviləsinin hipotetik mətni üzərində razılaşdıracaqlarını nümayiş etdirdi. İndi bu danışıqlar bütün mənasını itirib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 21.03.2022
RUSİYA
Moskva Tokio ilə sülh sazişi üzrə danışıqlardan rəsmən imtina edib
Xəbər lenti
0