Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Tokio ilə sülh sazişi üzrə danışıqlardan rəsmən imtina edib

© AFP 2024 / ALEXANDER NEMENOVВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Yaponiyanın sanksiyalarına cavab olaraq Rusiya yaponlar üçün Kuril adalarının cənubuna vizasız gediş-gəlişi ləğv edir
BAKI, 21 mart - Sputnik. Rəsmi Moskva Tokio ilə sülh sazişi üzrə danışıqlardan imtina edib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın sanksiyalarına cavab olaraq Rusiya yaponlar üçün Kuril adalarının cənubuna vizasız gediş-gəlişi ləğv edir”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Bununla yanaşı Rusiya Kuril adalarının cənubunda birgə təsərrüfat fəaliyyəti üzrə dialoqdan imtina edir və Yaponiyanın Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatında sektorlar üzrə dialoqda tərəfdaş statusunun uzadılmasına qadağa qoyur.

“İkitərəfli əməkdaşlığa və Yaponiyanın öz maraqlarına vurulan zərbəyə görə məsuliyyət qarşılıqlı faydalı əməkdaşlıq və xoş qonşuluq əvəzinə Rusiyaya qarşı xətti seçən rəsmi Tokionun üzərinə düşür”, - deyə Rusiya XİN bəyanatında vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0