https://sputnik.az/20220322/kurun-asagi-axininda-musbet-deyisiklik-musahide-edilir-440378860.html
Kürün aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Kürün aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Sputnik Azərbaycan
Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır. 22.03.2022, Sputnik Azərbaycan
2022-03-22T17:12+0400
2022-03-22T17:12+0400
2022-03-22T16:11+0400
cəmiyyət
kür çayı
kür
su
yağıntı
kür çayında suyun səviyyəsinin azalması
https://cdnn1.img.sputnik.az/img/42434/54/424345452_0:320:3073:2048_1920x0_80_0_0_d5d07d1b6309dbc5e70518c66b5ab891.jpg
BAKI, 22 mart - Sputnik. BMT-nin Baş Assambleyasının qərarına əsasən hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Report-aa bildirib ki, dünya miqyasında bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsinə diqqəti artırmaq, suya qənaəti təşviq etməklə hər kəsi lazımi miqdarda təmiz su ilə təmin etmək və su ehtiyatlarının səmərəli idarə olunmasıdır."Planetimizin hər nöqtəsində olduğu kimi Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır.Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 km3-dən çox su istifadə üçün götürülür. Götürülən suyun üçdə ikisi kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur", - o vurğulayıb."Əvvəlcədən xəbər verildiyi kimi mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan çox olub".Bunu isə Report-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib."Yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub".Xidmət rəsmisi bildirib ki, eyni zamanda, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb."Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə 0.9q/l təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220321/yagan-yagislar-kur-cayini-xilas-edib---resmi-aciqlama-440358014.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/54/424345452_136:0:2867:2048_1920x0_80_0_0_e7d322a62a0892811a1fcb6fb92fd8f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kür çayı, kür, su, yağıntı, kür çayında suyun səviyyəsinin azalması
kür çayı, kür, su, yağıntı, kür çayında suyun səviyyəsinin azalması
Kürün aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır.
BAKI, 22 mart - Sputnik. BMT-nin Baş Assambleyasının qərarına əsasən hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Report-aa bildirib ki, dünya miqyasında bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsinə diqqəti artırmaq, suya qənaəti təşviq etməklə hər kəsi lazımi miqdarda təmiz su ilə təmin etmək və su ehtiyatlarının səmərəli idarə olunmasıdır.
"Planetimizin hər nöqtəsində olduğu kimi Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır.
Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 km3-dən çox su istifadə üçün götürülür. Götürülən suyun üçdə ikisi kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur", - o vurğulayıb.
"Əvvəlcədən xəbər verildiyi kimi mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan çox olub".
Bunu isə Report-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub".
Xidmət rəsmisi bildirib ki, eyni zamanda, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb.
"Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə 0.9q/l təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.