ELM

Bəlləbur qalası və ya Babəkin məğlub olduğu sonuncu qala

Bəzz qalasısının bürc divarlarının qalıqları
Bəzz qalasısının bürc divarlarının qalıqları - Sputnik Azərbaycan, 1920, 22.03.2022
Abunə olmaq
Ərazidə tapılan maddi-mədəni nümunələr, eləcə də Bizansa aid sikkələrin tapılması qalanın şəhər qalası olmasını və qala əhalisi ilə Bizans arasında ticari əlaqələrin olduğunu sübut edir.
BAKI, 22 mart — Sputnik. “Müxtəlif mənbələrdə Babək hərəkatının adı fərqli şəkildə qeyd olunur. Bu hərəkata Xürrəmilər hərəkatı da deyirlər. Ziya Bünyadovun kitabında Xürrəmilər sözü "atəşpərəstlər" sözü ilə əlaqələndirilir. Çünki bu hərəkatda Məzdəkiçilik və Maniçilik ideyaları da var idi.
Bu fikirlərin müəllifi Cənub bölgəsinin tarixi və etnoqrafiyasına dair 7 kitabın müəllifi və Lənkəran Dövlət Universitetinin Baş müəllimi Haşım Kəlbiyevdir.
"Ərəb müəllifləri bunu Xürrəm sözü ilə əlaqələndirirlər. Məlumdur ki, düşmən düşməni haqqında xoş söz deməyəcək. Amma Hürrəm sözü daha inandırıcıdır. Hürrəm-Hürriyət, birlik deməkdir. Fikir verin xristian Səhl İbn Sumbat, türk Tərxan, hansı ki, Babəkin ordu başçılarından biri, bu ərazilərə ilk köçən ərəblərdən olan sərkərdə Əzrək. Bu millətlərin hürriyyətidir. Xürrəm kef çəkmək kimi də tərcümə edilir” - deyə Kəlbiyev Babək hərəkatı və Lənkəranda yerləşən “Babək Qalası” haqqında müsahibəsində qeyd edir.
Həşim Kəbiyev Bəzz qalasının gözətçi bürcününün qalıqlarını göstərir
Həşim Kəbiyev Bəzz qalasının gözətçi bürcününün qalıqlarını göstərir - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Həşim Kəbiyev Bəzz qalasının gözətçi bürcününün qalıqlarını göstərir
Tarixçi sözügedən qalanın Sasanilər dövründə, Sasanilərin bu bölgəyə təyin etdikləri Balabur adlı canişin tərəfindən inşa etdirildiyini bildirir:
“Bu qala hazırda “Bəlləbur qalası” adlanır və Lənkəranın Bəlləbur kəndi ərazisində yerləşir. Qala Lənkəranın dağlıq hissəsində yerləşir. Qalanın sağ və sol tərəfindən təxminən 30-40 km düzən ərazini vizual nəzarətdə saxlamaq mümkündür. “Bəlləbur qalası” həm şəhərcik, həm də müdafiə qalası kimi tiklib. Sasani dövlətinin Azərbaycanda hakimiyyəti vaxtında Azərbaycanın mərkəzi şəhəri Ərdəbil olub.
Azərbaycanın mərzbanı İsfəndiyar İbn Fərruxzad Ərdəbildə oturarmış və onun qardaşı Bəhram isə bu qalanı idarə edərmiş. Gilandan Şirvana qədər olan ərazilər Bəhramın nəzarətində olub. Məlumdur ki, həm İsfəndiyar, həm də Bəhram Cavanşirlə yanaşı ərəblərə qarşı vuruşublar. Sonra Cavanşir Albaniya ərazisində, Girdmana İsfəndiyarla qardaşı da öz ərazilərinə çəkiliblər. 642-ci ildə ərəblər İsfəndiyar İbn Fərruxzadla müqavilə imzalayırlar. Çox qəribədir ki, ərəblər İsfəndiyarı girov götürüb özləri ilə şimala aparıblar. Ardıyca Bəhram ərəblərə qarşı qiyam qaldırır, bu da Azərbaycanda ərəblərə qarşı ilk üsyan olur.
© Sputnik / Rahim MuradovBəzz qalasından görünən düzən mənzərə
Bəzz qalasından görünən düzən mənzərə - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalasından görünən düzən mənzərə
Bəhram qardaşı İsfəndiyarın ərəblərlə bağladığı müqaviləyə əsasən vergiləri ödəməkdən imtina edir. Bələncər döyüşündən qayıdan ərəblər Bəhramın üzərinə hücum çəkirlər. Lakin qardaşı İsfəndiyar İbn Fərruxzadın göstərişi ilə Bəhram ərəblərə tabe olur. Bundan sonra ərəblər vergiləri daha da ağırlaşdırırlar. Daha sonra IX əsrdə ərəblərə qarşı “Xürrəmilər hərəkatı” başlayanda Babək Bəzzəyn dağlarında ərəblərə qarşı döyüşüb”.
Haşım müəllim Babəkin Bəzz qalasının dəqiq hansı qala olduğu tam məlum olmadığını və buna görə də bir neçə Bəzz qalasının "olduğunu" vurğuladı: “Əyn” ərəb dilində cəm şəkilçisidir, məhz bu səbəbdən də bu qalalara Bəzzeyn deyilib: “Kəleybəriyə də, iranlılar ona o vaxt Ğaleyibər deyərdilər - tərcüməsi Qapı qala deməkdir. Babək həmin ərazidə də döyüşüb və orada da məğlub olandan sonra geri çəkildikdə dağlara qalxıb.
Nəhayət, sonuncu Bəzz qalası Bəlləbur qalası sayılır. Babək Lənkəranın Bəlləbur kəndində yerləşən qalada məğlub olub. Çünki ərəb tarixçisi Təbəri yazır ki: “Afşinin komandanlığı altında ərəb qoşunları Bərzənddə düşərgələrini saldılar.” Bərzənd indi Yardımlı rayonu ərazisində yerləşir, hazırda kəndin adı Bərcandır. Həmin kəndin ətrafında şəhər xarabalıqları da qalmaqdadır. Bərzəndin ərazisindən Bəlləbur qalası aydın görünür.
© Sputnik / Rahim MuradovBəzz qalası yaxınlığında quyu qalıqları
Bəzz qalası yaxınlığında quyu qalıqları - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalası yaxınlığında quyu qalıqları
Afşin kəşfiyyat müharibəsi apardığına görə Babəkə üzərinə qüvvələrin bir hissəsi Ərdəbildən, Afşinlə bir yerdə olan hissəsi Bərzənddən, 3-cü hissəsi isə Şandandan hücum edir. Şandan da indiki Şindan qalasıdır ki, Astara rayonunda yerləşir. Beləliklə Babək 3 tərəfdən dağlardan mühasirəyə alınır və nəticədə də 838-ci ilin avqust ayında məğlub olub.
Deyilənə görə, Babək məğlub olduğu vaxt qamışlıqların arası ilə keçərək Bizansa tərəf getmək istəyib. Qalanın şərq hissəsi düzənlikdir, indi olduğu kimi həmin vaxt da qamışlıq olub həmin ərazilər. Babək və onunun yaxınları qalada olan yeraltı yolun vasitəsilə dənizə yaxın qamışlıqlarla Muğana gedir. Çox ehtimal ki, bu ərazilərdən Şirvana, Şirvandan Qarabağa, orada da Araz çayını keçərək Zəngəzur zonasına daxil olub. Zəngəzurda yaşayan və keçmişdə Babəkə xidmət edən və müttəfiqi olan Səhl İbn Sumbat Babəki Zəngəzurda öz iqamətgahında sataraq Əbu Sac Divdada təhvil verib. Əbu Sac Divdad isə onu əslən Türkmənistandan olan türk mənşəli ərəb qoşunlarının Azərbaycan üzrə ordu başçısı sərkərdə Afşinə təhvil verib. Təbəri qeyd edir ki, Afşin Bəzzi işğal edəndən sonra 3 gün, 3 gecə yandırıb. Həbsdə olan Babək bu xəbəri eşidəndə Afşindən sonuncu dəfə Bəzzin xarabalıqlarını ona göstərməsini xaiş edib. Afşin də Bərzənddə (indiki Yardımlı rayonu ərazisi) saldığı düşərgədən Babəkə Bəlləbur qalasını göstərir”.
© Sputnik / Rahim MuradovHəşim Kəbiyev Bəzz qalasının gözətçi bürcünü və dəliyini göstərir
Həşim Kəbiyev Bəzz qalasının gözətçi bürcünü və dəliyini göstərir - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Həşim Kəbiyev Bəzz qalasının gözətçi bürcünü və dəliyini göstərir
Haşım Kəlbiyev bildirdi ki, 838-ci ilin yanvar ayında Abbasilər xəlifəsi əsir alınan Babəklə 3 ay boyunca danışıqlar aparıb. Xəlifə onu ordusunda sərkərdə görmək istəyirdi:
“Çünki Babək sadə xalq qoşunu ilə nizami ərəb orudusuna dəfələrlə qalib gəlmişdi. Babək xəlifəyə hər dəfə “YOX!” cavabını verəndə, onun ailə üzvlərindən birini gözünün önündə edam edirmişlər. Lakin Babək inadından dönmür. Ən nəhayət xəlifə sərsəm bir əmrlə Babəki əl-ayaqlarını doğratdırıb qarnına yığmağı, cəsədini Samirədən asmağı və kəsilmiş başını isə Xorasana göndərməyi əmr edir. Babək hətta edam olunan zamanı da yalvarmayıb, hətta edamı mərd-mərdanə qəbul edib. Çünki Babək öz ideyası və inamı uğrunda ölürdü. Babək Azərbaycan xalqının ilk şəhidlərindən biridir".
Sonuncu Bəzz qalasının qalıqlarının olduğu yerə qalxdıqca Haşım Kəlbiyev qalanın ətrafında olan yerlərin qədimdə xəndək olduğunu bildirdi:
"Hazırda hündürlüyü 4-5 metrə çatan qala divarları qalıqlarına baxdıqda torpaqla dolduğunu görmək mükündür və qaladan bir qədər aşağıda qədimdə xəndəklərin olduğu yerləri görünür. Həmin vaxt xəndəklərin eni və dərinliyi 3 metr olub. Məlumdur ki, bu cür ölçülü xəndəyin üzərindən tullanıb keçmək mümkün olmadığından ərəblər xəndəklərin içərisindən keçmək məcbur qalıblar ki, nəticədə qaladakı döyüşçülər üçün açıq hədəf olublar. Qala divarlarına diqqətlə baxdıqda kərpiclərin dağıdıldığını görmək mümkündür.
© Sputnik / Rahim MuradovBəzz qalasının divarlarının qalıqları
Bəzz qalasının divarlarının qalıqları - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalasının divarlarının qalıqları
Bu qalanın həqiqətən də Afşin tərəfindən dağıdıldığına sübutdur. Bu da Bəzz qalasının məhz burada olduğunu sübut edir. Bu qalanın məhz sonuncu Bəzz qalası olmasının digər bir faktı isə odur ki, ərəblər Babəkə kafir deyirdilər. Çünki bu qalanı ərəblər kafir qalası kimi damğalamasaydılar və IX əsrdən sonra da burada yaşayış olsaydı, bu qala bu şəkildə olmazdı. Ərəb xilafətinin hücumuna qarşı mübarizədə bu qaladan istifadə olunub. Eyni zamanda ərazidə tapılan maddi-mədəni nümunələr, eləcə də Bizansa aid sikkələrin tapılması qalanın şəhər qalası olmasını və qala əhalisi ilə Bizans arasında ticari əlaqələrin olduğunu sübut edir. Bu qala tariximizi yaşadır, bu qala Azərbaycanımızın memarlıq tarixinə sübutdur”.
Tarixçi etnoqraf Bəlləbur və ya Bəzz qalasının divarları təmizlənsə və bərpa edilsə, onun tam formasının üzə çıxacağını və daha çox tarifi faktları söyləcəyini qeyd etdi:
“Qalanın 8 və ya 6 guşəli olması ehtimal olunur. Amma hazırda qalanın 4 bürcü qalıb - Şimal, Cənub, Şərq, Qərb bürcləri. Həmin bürclərdə gözətçilərin nəzarət dəlikləri hazırda da qalmaqdadır. Qalanın özünün yerləşdiyi yer çox gözəl məkandır.
© Sputnik / Rahim MuradovBəzz qalasının yaxınlığında xəndək qalıqları
Bəzz qalasının yaxınlığında xəndək qalıqları - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalasının yaxınlığında xəndək qalıqları
Qalanın bir tərəfi çay, digər tərəfi düzənlik, arxa tərəfi isə dağlıqdır. Qala tamamilə dəmirağacı meşəsi ilə əhatə olunub. Qala bərpa olunsa Erkən orta əsrlərdə bizim böyük Dövlətçilik tariximiz olduğunu dünyada tanıda bilərik. Qala ətrafında kiçik qalaların mövcudluğu Bəzz qalasının əzəmətli olması qala hakiminin böyük nüfuzlu hakim olmasını sübut edir. Belə ki, qaladan qərb tərəfdə təxminən 1 km məsafədə təbii istisu hövzələri var ki, həmin vaxtlarda təbii hamam kimi istifadə edilib.
Qaladan şərq tərəfdə indiki Yuxarı Nüvədi kəndi ərazisində Kinun ğələ-Qızlar qalası olub. Tarixi mənbələrdə də qeyd olunduğu və yerli əhalinin dediyi kimi, bura Qala hakiminin hərəmxanası olub. Qalanın mərkəzində olan quyudan həmin hərəmxanaya yeraltı yol olub. Bir dəfə Yuxarı Nüvədi kəndinə qonşu olan Kosalar kəndi ərazisində tədqiqat işləri apararkən 1,5-2 metr radiusunda dairəvi formada oyuğ olduğunu gördük. Kəndin yaşlı insanları buranın qədimdə Babək qalasına aparan yeraltı yol olduğunu dedilər. Qalanın digər bir tərəfində isə təxminən 1 km aralıqda Piştə ğala adlanan sədd olub. Piştə - torpaq hörgülü qala, eləcə də ağac və palçıqdan hörülmüş divar deməkdir.
© Sputnik / Rahim MuradovBəzz qalasısının bürc divarlarının qalıqları
Bəzz qalasısının bürc divarlarının qalıqları - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalasısının bürc divarlarının qalıqları
Bu divarın arxasında qala əhalisinin yaşaması və ticarət işlərinin aparılması ehtimal olunur. İndi həmin düzən ərazidə Səyidə pir qədim ocaq yeridir və böyük ehtimala əsasən həmin pir İslamiyyətdən əvvəl burada olub. Beləliklə ətrafda kiçik qalaların olması bu Bəlləbur qalasının daha əzəmətli olmasını sübut edir”.
Maraqlısı budur ki, qala bir dəfə tədqiq olunub:
“XIX əsrin sonu XX əsrin əvvəllərində fransız arxeoloq Henri Morqan zonamızda arxeoloji abidələrin qeydiyyatını aparan zaman bu qalanı da qeydiyyata alıb və ərazidə ilkin tədqiqatlar aparıb. Ərəblər bu qalanı “Kafirlər qalası” adlandırdığı üçün, Azərbaycanda İslam geniş yayıldığı dövrlərdə bu qalanın adı heç yerdə çəkilməyib. Bu qala haqqında Teymur Bəy Bayraməlibəyov öz əlyazmalarında məlumat verib. Bölgə tarixindən, Talış Xanlığının tarixindən yazan Seyidəli Kazımbəyoğlu XIX əsrdə yazdığı əsərində bu qala haqqında məlumat verir. Lerik rayonunun Buzeyir kəndinin qərb tərəfində hündür dağın üstündə bir qala bürcü var. Mən o bürcdə olmuşam. Həmin ərazidən Lənkəran və hətta buludsuz havada Salyana qədər olan hissə aydın görünür.
© Sputnik / Rahim MammadovBəzz qalasının gözətçi dəliyi
Bəzz qalasının gözətçi dəliyi - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Bəzz qalasının gözətçi dəliyi
Çox güman Buzeyirdə olan bürc Bəlləbur-Bəzz qalasının nəzarət yeri olub və buradakı qalaya siqnal ötürmək funkisyasını daşıyıb. Çünki əgər Ərdəbil tərəfdən hər hansı bir təhlükə görünərdisə o bürcdə od qalamaqla Babək qalasına siqnal vermək olurdu. Buzeyirdə olan bürcün nə vaxt inşa edildiyi məlum deyil, çünki onun da tədqiqata ehtiyacı var. Böyük sərkərdə Babəkin məğlub olduğu sonuncu qala, hansı ki, ona Bəlləbur qalası da deyilir, heç vaxt geniş tədqiq olunmayıb və ciddi şəkildə arxeoloji tədqiqata ehtiyacı var. Çünki bu qala özündə Azərbaycanımızın tarixini yaşadır”.
Xəbər lenti
0