Amerikada dünyaca məşhur reperə "Qremmi"də iştirak qadağan edildi
© AP Photo / Michael WykeКанье Уэст, фото из архива
© AP Photo / Michael Wyke
Abunə olmaq
Gecənin təşkilatçıları bildiriblər ki, buna səbəb reperin internetdəki qeyri-etik davranışlarıdır.
BAKI, 21 mart - Sputnik. Məşhur amerikalı reper Kanye Uestə "Qremmi" mükafatlandırma gecəsində iştirak etmək qadağan olunub.
Gecənin təşkilatçıları bununla bağlı məlumat yayıblar. Bildirilib ki, buna səbəb reperin internetdəki qeyri-etik davranışlarıdır.
Dostları və pərəstişkarları reperə qarşı haqsızlıq edildiyini bildirib. Amerikalı reper "The Game"-dəki həmkarının tərəfini tutaraq, bunu haqsızlıq adlandırıb.
Xatırladaq ki, 2020-ci ildə ABŞ-da prezidentlik yarışına girmək istəyən Uest arzusu baş tutmayınca, "Twitter"də 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verəcəyini açıqlayıb. Uest seçim kampaniyası üçün isə 5,9 milyon dollar xərclədiyini bildirmişdi.
Qeyd edək ki, K.Uest məşhur erməni teleaparıcı Kim Kardaşyanın əridir. Reper əvvəllər K.Kardaşyan vasitəsilə populyarlıq qazanaraq zamanla medianın gündəmində qalmağı bacarıb.
Amerikalı milyarder reper Kanye Uest 2021-ci ildə adını dəyişdirib.
Reper məhkəməyə bununla bağlı baş vurub və məhkəmə də Kanyenin müraciətinə müsbət cavab verib. Qərara əsasən, reperin adı soyadı olmadan "Ye" olaraq dəyişdirilib.
Xatırladaq ki, ifaçı 2018 -ci ildən Twitter hesabında adını bu şəkildə yazıb. O, həmin ildə çıxan albomuna da "Ye" adını verib. Müsahibələrində adının qısa variantı olan "Ye"nin İncildə tez-tez işləndiyini açıqlayıb.