Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zakir Həsənov İmran Xanla görüşdü

© Official website of President of Azerbaijan RepublicGeneral-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib.
General-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib. - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
BAKI, 21 mart - Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Görüşdə Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedib.
Səfər Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə baş tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində azərbaycanlı nazirin Pakistanın bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Azərbaycanın müdafiə naziri həmçinin Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0