https://sputnik.az/20220321/suruculer-narkotik-testden-kecirilirmiresmi-aciqlama-440193827.html
Sürücülər narkotik testdən keçirilirmi?Rəsmi açıqlama
Sürücülər narkotik testdən keçirilirmi?Rəsmi açıqlama
Sputnik Azərbaycan
"Sürücülərdən ayda bir dəfə Narkoloji Dispanserdən narkotik istifadəçiləri olmadığını sübut edən tibbi arayış tələb olunur 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T07:17+0400
2022-03-21T07:17+0400
2022-03-21T07:17+0400
narkotik
cəmiyyət
marixuana
yol polisi
https://cdnn1.img.sputnik.az/img/42360/01/423600165_0:0:1000:563_1920x0_80_0_0_c88fa5b6bf772023530521335b3be525.jpg
BAKI, 21 mart — Sputnik. Bu günlərdə Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtobus idarə edən şəxs həbs olunub. Rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Quba Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. Bu məlumat avtobus sürücülərinin tibbi müayinə məsələsini yenidən aktuallaşdırıb.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülər reysqabağı tibbi müayinədən keçirilir. Lakin bu zaman sürücülərdən narkoloji test götürülmür: "Sürücülər reys qabağı hər gün tibbi müayinə olunur. Onların bədən temperaturu, təyziqi, nəbzi yoxlanılır. Amma narkoloji tetsdən keçirilmir. Sürücülərdən ayda bir dəfə Narkoloji Dispanserdən narkotik istifadəçiləri olmadığını sübut edən tibbi arayış tələb olunur".G. Əliyeva bu səbəbdən sürücülər arasında narkotik maddə istifadə edib sükan arxasına oturanları müəyyənləşdirməyin çətin olduğunu söylədi.Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülərin narkotik maddə qəbul edərək sükan arxasına əyləşməsi ciddi təhlükə yaradır. O, bildirib ki, "Yol hərəkəti haqqında" qanuna dəyişikliyin zamanıdır:"Azərbaycanda narkoman sürücülərlə bağlı "Yol hərəkəti haqqında" qanuna yenidən dəyişikliklər gözlənilir. Hazırkı "Yol hərəkəti haqqında" qanunda bir sıra boşluqlar var ki, onlar aradan qaldırılmalıdır". Ekspert bildirib ki, dəyişdirilməsi zəruri olan məsələlərdən biri narkotik istifadə edərək sükan arxasına əyləşən sürücülərlə bağlı olmalıdır: "Bizim də bu qanuna dəyişikliklərlə bağlı təkliflərimiz var. Hazırda qanun sərxoş sürücü ilə narkotik istifadə edən sürücüyə eyni cəza nəzərdə tutub. Biz təklif edirik ki, narkotik istifadə edib avtomobil və ictimai nəqliyyat vasitəsi idarə edənlərin cəzası daha da sərtləşdirilsin. Onlar tam sağalanadək sürücülük hüququndan məhrum edilsin".Xatırladaq ki, bir müddət öncə , "VAZ 21214" markalı, 99-LR-741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Əmirov təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 29-cu kilometrliyində DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 10-cu taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı B.Əmirovun narkotik maddə qəbul etməsi müəyyən edilib.DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əmirov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs olunub.Bundan əvvəl Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər. Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib. E.Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib. Keçirilən digər tədbir zamanı "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/01/423600165_64:0:941:658_1920x0_80_0_0_c0de5c2b7d3fee3e13aabaab06f906d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
narkotik, marixuana, yol polisi
narkotik, marixuana, yol polisi
Sürücülər narkotik testdən keçirilirmi?Rəsmi açıqlama
"Sürücülərdən ayda bir dəfə Narkoloji Dispanserdən narkotik istifadəçiləri olmadığını sübut edən tibbi arayış tələb olunur
BAKI, 21 mart — Sputnik. Bu günlərdə Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtobus idarə edən şəxs həbs olunub. Rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Quba Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. Bu məlumat avtobus sürücülərinin tibbi müayinə məsələsini yenidən aktuallaşdırıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülər reysqabağı tibbi müayinədən keçirilir. Lakin bu zaman sürücülərdən narkoloji test götürülmür: "Sürücülər reys qabağı hər gün tibbi müayinə olunur. Onların bədən temperaturu, təyziqi, nəbzi yoxlanılır. Amma narkoloji tetsdən keçirilmir. Sürücülərdən ayda bir dəfə Narkoloji Dispanserdən narkotik istifadəçiləri olmadığını sübut edən tibbi arayış tələb olunur".
G. Əliyeva bu səbəbdən sürücülər arasında narkotik maddə istifadə edib sükan arxasına oturanları müəyyənləşdirməyin çətin olduğunu söylədi.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülərin narkotik maddə qəbul edərək sükan arxasına əyləşməsi ciddi təhlükə yaradır. O, bildirib ki, "Yol hərəkəti haqqında" qanuna dəyişikliyin zamanıdır:
"Azərbaycanda narkoman sürücülərlə bağlı "Yol hərəkəti haqqında" qanuna yenidən dəyişikliklər gözlənilir. Hazırkı "Yol hərəkəti haqqında" qanunda bir sıra boşluqlar var ki, onlar aradan qaldırılmalıdır".
Ekspert bildirib ki, dəyişdirilməsi zəruri olan məsələlərdən biri narkotik istifadə edərək sükan arxasına əyləşən sürücülərlə bağlı olmalıdır:
"Bizim də bu qanuna dəyişikliklərlə bağlı təkliflərimiz var. Hazırda qanun sərxoş sürücü ilə narkotik istifadə edən sürücüyə eyni cəza nəzərdə tutub. Biz təklif edirik ki, narkotik istifadə edib avtomobil və ictimai nəqliyyat vasitəsi idarə edənlərin cəzası daha da sərtləşdirilsin. Onlar tam sağalanadək sürücülük hüququndan məhrum edilsin".
Xatırladaq ki, bir müddət öncə , "VAZ 21214" markalı, 99-LR-741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Əmirov təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 29-cu kilometrliyində DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 10-cu taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı B.Əmirovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əmirov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs olunub.
Bundan əvvəl Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər. Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib.
E.Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib. Keçirilən digər tədbir zamanı "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.