CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrail biyankökünün bir tonuna xərclədiyi pulu 100 qramından çıxarır - Fotolar

© Sputnik / Nigar IskanderovaHeyvana faydalı yemlər
Heyvana faydalı yemlər - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Soya bitkisi qiymətli paxlalı bitkilərdəndir, çox qiymətli paxlalı bitki olaraq zülallarla zəngindir.
BAKI, 21 mart — Sputnik. Heyvandarlıqda məhsuldarlığın artırılmasında, xüsusən də ətlik, südlük məhsulların artırılmasında yem bazasının möhkəmləndirilməsinin xüsusi rolu var.
Məhsuldarlığı daha da artırmaq üçün nələr etmək olar, sualı ətrafında Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik və Elmi Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva ilə söhbətləşib.
© Sputnik / Nigar IskanderovaSevil Abbasquliyeva
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Sevil Abbasquliyeva
İxtisasca həm aqranom, həm də bioloq olan Sevil Abbasquliyeva deyir ki, apardıqları elmi tədqiqatlar zamanı yeni yemlər axtarır, onları araşdırır, keyfiyyət göstəricilərini öyrənirlər:
"Məqsədimiz fermerlərə heyvan yemləri ilə bağlı köməklik etmək, onlar üçün tinglərin əldə edilməsini asanlaşdırmaqdır. Bundan başqa, xaricdən gətirilən yemlərin torpağa uyğun şəraitdə yetişdirilməsi hədəflərimiz sırasındadır. Bu görülən tədbirlərlə respublikada heyvandarlığın yem bazasını möhkəmləndirmək istəyirik. Çünki bu gün dünyada qlobal istiləşmə gedir, bütün bunların fonunda su mənbələri azalır. Çalışırıq ki, quraqlığa davamlı bitkiləri araşdıraq, öyrənək".
Laboratoriyada bitkilərin keyfiyyət göstəriciləri də öyrənilir: "Burada yemlərin protein dəyərləri, mineral maddələrlə zənginliyi və s araşdırılır. Hər hansı fermerin hansısa yemlə bağlı şübhəsi olduqda bizə müraciət edir, onun tərkibini araşdırırıq. Elə olur ki, fermer aldığı yemin keyfiyyətinə tam əmin olmur, cücələrində artım, məhusldarlıq olmadığından şübhələrinin əsaslı olub-olmamasını öyrənmək üçün laboratoriyamıza müraciət edir. Bəzən laborator analizlər nəticəsində bəlli olur ki, həqiqətən də fermerin şübhəsinə əsas var, yem keyfiyyətsizdir. Laboratoriyalarımızda həm ənənəvi, həm də qeyri-ənənəvi yem bitkiləri öyrənilir".
© Sputnik / Nigar IskanderovaSevil Abbasquliyeva
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Sevil Abbasquliyeva
Sevil Abbasquliyeva bildirir ki, ümumiyyətlə, keyfiyyətsiz, saxta yemlər çoxdur: "Bəzən olur ki, fermer sosial şəbəkədə hansısa yemlə bağlı gördüyü reklama aldanır, bitkini əkir, lakin sonradan həmin məhsuldan zərər görür".
O deyir ki, fermerlər daha çox hazır yermlərdən narazılıq edir: "Təəssüflər olsun ki, fermerlər problem yarandıqdan sonra bizə müraciət edirlər, biz onu araşdırırıq".
Heyvanların məhsuldarlığı, artımı üçün daha faydalı bitkilər haqda danışan S.Abbasquliyeva bildirir ki, ölkədə soya şrotuna, günəbaxan məhsullarına tələbat var: "Paxlalı bitkilər zülallarla zəngin olur. Soya bitkisi qiymətli paxlalı bitkilərdəndir, çox qiymətli paxlalı bitki olaraq zülallarla zəngindir. Onu həm insanların, həm heyvanların yem rasiyonuna əlavə etməyi tövsiyə edirik".
Mütəxəssis bildirir ki, təkcə qida üçün dünyada 400-dək soya məmulatı istehsal olunur: "Qurudulduqdan sonra onun paxlalı hissələri ayrılır və yerdə qalan hissəsi heyvandarlıqda qiymətli yem kimi istifadə olunur. Bu bitki heyvanların məhsuldarlığı üçün çox faydalıdır. Təsəvvür edin, soya dəninin 100 qramında 27 faizədək yağ var, 56 faizədək protein var.
Dənin tərkibindən yağ çıxarıldıqda ondan müxtəlif adda texniki məhsullar əldə edilir. Yerdə qalan hissə isə şırot, yaxud da jımıxdır. Jımıxın tərkibində 6-7 faizədək yağın qalmasına icazə var. Çünki əks halda heyvan yemi həzm edə bilməz. Şırotun tərkibində isə 1-2 faizədək yağ qalır və tərkibi proteinlə zəngin olur. Şırotda 40 faiz, jımıxda isə 47 faiz zülal olur. Onun tərkibindəki zülal isə əvəzolunmayan amin turşuları ilə zəngindir".
© Sputnik / Nigar IskanderovaHeyvana faydalı yemlər
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Heyvana faydalı yemlər
Onun sözlərinə görə, sənaye quşçuluğunda soya şırotu çox əhəmiyyətlidir: "Təəssüflər olsun ki, bu cür iqlim şəraitində soya bitkiləri əkilir, lakin emal texnologiyası yoxdur. Dövlət səviyyəsində emal texnologiyası olarsa, bizim fermerlərimiz soya bitkisini əkərlər, heç bir tullantı olmaz. Bu bitkini fermerlərimizə tövsiyə etsək də lakin emal texnologiyasının olmaması fermerləri çaşdırır. Bakıda Soya Emalı Zavodu açılıb, orada iş gedir, amma tələbatı ödəmir".
O deyir ki, soya məhsulunun istehsalının az olmasının səbəblərindən biri emal texnologiyasının olmaması, digəri isə məhsulun maya dəyərindən də aşağı alınmasıdır.
Soyanın digər faydalarına gəldikdə isə, S.Abbasquliyeva bildirir ki, soya torpaq üçün faydalıdır, o torpağı bioloji azotla zənginləşdirir, təbii azot gübrəsi yaradır, torpağın strukturunu yaxşılaşdırır.
Heyvandarlıqda vacib olan bitkilərdən biri də yoncadır: "Yonca torpaqqoruyucu funksiyaya malikdir. Torpaqda bioloji azot mənbələrinə görə çox önəmlidir. O da soya kimi torpaqda təbii bioloji azot gübrəsi yaradır. Bundan başqa, torpağı eroziyadan qoruyur".
S.Abbasquliyeva bildirir ki, onların laboratoriyalarına daxil olan yonca bitkisinin yaşıl kütləsində 27 faizədək protein var: "Yonca eləcə də minerallar, digər maddələrlə zəngindir. Bu protein buğda və arpanın yaşıl kütləsində olan proteindən fərqlidir. Yonca 8 illik bitki olsa da, tövsiyə edirik ki, 5 ildən artıq torpaqda saxlanılmasın. Yoncanın il ərzində 7-8 dəfə biçini olur, amma xarici sortlarda məhsuldarlıq yerli sortlardakı qədər olmur. Xaşa isə ondan fərqli olaraq torpağa, suya tələbatlı deyil. Xaşanın çiçəyi arıçılıq üçün çox vacibdir. Yerli sort yoncaların səpin norması 18-20 kiloqramdır. Amma xaşanın toxumçuluq üçün səpin norması 55 kiloqram, yem üçün 80-100 kiloqram, arıçılıq üçün 60 -70 kiloqram da kifayət edir. Əlbəttə, burada sağlam toxumdan söhbət gedir".
Heyvandarlığın inkişafında vacib olan bitkilərdən biri də daha çox insanlar tərəfindən zibil olaraq yandırılan dəvətikanıdır: "Keçmişdə dədə-babalarımız bu bitkidən geniş istifadə edib. Lakin təəssüflər olsun ki, ona kol deyib asanlıqla yandırırıq, həyətimizdən təmizləyirik. Amma təbii ki, burada da istisnalar var. Bir fermerimiz var, o hətta dəvətikanının qaynadaraq alınan vasitəni keçilərə içirdir. Çünki bitki heyvanların yem bazasında böyük əhəmiyətə malikdir.
Mineral maddələrlə, yağla, proteinlə zəngindir, keyfiyyəti yüksəkdir. Arılar onun çiçəyini və tərkibindəki "mən"ini çox sevirlər. İstərdim ki, gələcəkdə heyvandarlığın yem bazasının möhkəmləndirilməsində bu bitkinin mədəni şəkildə əkini olsun. Çünki fermərlər var, zəng edərək bildirirlər ki, vahid heyvana düşən otlaq sahələri o qədər azdır ki, həmin ərazilərdə dəvətikanı demək olar ki, bitmir. Çünki heyvan onun kök sistemini dırnağı ilə məhv edir. Heyvanların sağlamlığının qorunmasında da dəvətikanının mühüm rolu var. Dəmirotunu da tikan deyib əzirik, amma çox əhəmiyyətlidir".
© Sputnik / Nigar IskanderovaHeyvana faydalı yemlər
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Heyvana faydalı yemlər
O deyir ki, ümumiyyətlə, yabanı bitkilərin əksəriyyəti arının yem bazasıdır: "İstəyərdim ki, arı üçün gələcəkdə qoruyucu ağac, kol və bitkilər yaradılsın ki, ətrafda mədəni bitki olmasın. Mədəni bitkilərdə alaqlara, zərərvericilərə qarşı olan kimyəvi preparatlar arıların kütləvi məhvinə səbəb olur. İstəyərdim ki, gələcəkdə arıçılıq üçün müasir standartlara cavab verən xüsusi sahələr salınsın, zolaqlar yaradılsın".
O biyankökünün kənd təsərrüfatındakı rolundan söz açıb, bildirib ki, biyankökü qoyunçuluqda, arıçılıqda əsas yem bazasıdır: "Heyvandarlıqda biyankökündən istifadə çox əhəmiyyətlidir. Biz onu xammal kimi veririk. İsrail biyankökünün bir tonuna verdiyi pulu 100 qramından çıxarır. Xammal kimi yaxşı emal müəssisələrinin olması arzuolunandır".
S.Abbasquliyevanın əsas hədəfi gələcək nəsilləri sağlam gələcəklə təmin etməkdir: "Gələcək nəsillərin sağlam ərzaq, qida ilə təminatını düşünürük. Apardığımız araşdırmalar birbaşa olaraq buna xidmət edir. Bu səbəbdən əsasən təbii, özü bitən bitkilər üzərində araşdırmalar aparırıq".
"İşimiz təkcə laboratoriya ilə bitmir. Artıq heyvanların yem bazasının möhkəmləndirilməsi üçün yaz əkinlərinə başlamışıq", - deyə o əlavə edib.
O görüləcək işlərdən də söz açıb, bildirib ki, suris bitkisinin əkini planlaşdırılır: "Ən aktiv mövsümüm başlayır, demək olar ki, bölgələrdə olacam. Builki tədqiqat obyektim suris deyilən - soya ilə düyünün hibridi hesab edilən bitkidir. Suris GMO deyil, yeni bitkidir. Bir fermerim onu İsmayıllı bölgəsində əkib. Hektara əkin norması 6 kiloqram olsa da, çox məhsuldardır. O quruda bitən düyü də hesab edilə bilər. Onu Azərbaycana gətirmişik və geniş ərazilərdə əkinini düşünürük. Digər hibrid növlərinin də Azərbaycana gətirilməsi planlaşdırılır.
Heyvandarlıqda yemlik bitkilər onlaırn məhsuldarlığında mühüm rola malikdir. Bəs, məhsuldarlıq necə olub, buna nəzər yetirək:
© Sputnik / Nigar IskanderovaHeyvana faydalı yemlər
Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Heyvana faydalı yemlər
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında diri çəkidə 87,9 min ton ət, 318,8 min ton süd, 306,3 milyon ədəd yumurta və 39,2 min ton tərəvəz istehsal olunub. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 1,6 faiz, tərəvəz istehsalı 16,6 faiz artıb.
2022-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 87,9 min ton ət, 318,8 min ton süd, 306,3 milyon ədəd yumurta istehsal edilib, 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz və yumurta istehsalı 1,6 faiz artıb.
İdxaldan asılılığımız isə qalmaqdadır. Belə ki, cari ilin yanvarında ölkə 2046.2 min ABŞ dolları dəyərində 438 ton iribuynuzlu heyvan əti idxal olunub. Qeyd olunan dövrdə ölkəyə 63377.6 min ABŞ dolları dəyərində 1137.6 ton kərə yağı, digər yağlar, süd məhsulları idxal edilib.
Daha öncəki illin eyni dövrü ilə müqayisəyə nəzər yetirək:
2021-ci ilin yanvar-fevral aylarında diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta və 33,6 min ton tərəvəz istehsal olunub. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz, tərəvəz istehsalı 6,4 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.
2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb. İdxala gəldikdə isə, qeyd olunan dövrdə 2070.8 min ABŞ dolları dəyərində 568,2 ton iribuynuzlu heyvan əti idxal olunub. Həmin dövrdə 5365.4 min ABŞ dolları dəyərində 1070.3 ton kərə yağı, digər yağlar, süd idxal edilib.
Qeyd edək ki, ötən il ərzində 2020-ci illə müqayisədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 610,0 min ton, süd istehsalı 1,4 faiz artaraq 2223,4 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,1 min ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1838,8 milyon ədəd olub.
Xəbər lenti
0