Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukraynada hava hücumu vasitələrinin saxlandığı yeraltı anbarlar məhv edilib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Yüksəkdəqiqlikli silah sistemlərinin istifadəsi ilə yaylım atəşi sistemlərinin batareyası və Kiyev ətrafında sürsat anbarı məhv edilib.
BAKI, 21 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynada əməliyyat barədə son məlumatı təqdim edib.
Bildirilir ki, İvano-Frankovsk vilayətində raket sistemləri üçün döyüş başlıqlarının və hava hücumu vasitələrinin saxlandığı yeraltı anbarlar məhv edilib.

“Kinjal” sistemləri vasitəsilə Ukraynadakı anbarlara zərbələr 1000 km məsafədən endirilib. Onun istifadəsi sistemlərin effektivliyini təsdiqləyir.

Yüksəkdəqiqlikli silah sistemlərinin istifadəsi ilə yaylım atəşi sistemlərinin batareyası və Kiyev ətrafında sürsat anbarı məhv edilib.

"Ukrayna Silahlı Qüvvələri və millətçilər sərhəddə ajiotaj yaradır və ölkəni tərk etmək istəyənlərə qarşı terror tətbiq edirlər.

Millətçilər yaşayış məhəllərini və sosial obyektləri “canlı sipər” kimi istifadə edib Rusiya SQ zərbələr endirirlər", - RF MN-in məlumatında deyilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 21.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyanın Ukraynada sınaq poliqonunu vurması nəticəsində 80-dən çox döyüşçü öldürülüb
Xəbər lenti
0